ӨвсафүЛ-Әшраф


Riza haqqında alimlərin söylədikləri



Yüklə 0,63 Mb.
səhifə42/48
tarix06.01.2022
ölçüsü0,63 Mb.
#112033
1   ...   38   39   40   41   42   43   44   45   ...   48
Riza haqqında alimlərin söylədikləri

Alimlərdən biri haqqında belə nəql edirlər ki, yetmiş il ömür sürdü, bu yetmiş il müddətində bircə dəfə də demədi ki, “Ey kaş belə olmayaydı, elə olmayaydı.”

Alimlərdən birindən soruşurlar ki, özündə rizanın nə təsirini gördün? Dedi: “Rizanın heç qoxusu da burnuma dəymədi, bununla belə əgər mənim zatımdan körpü düzəldib cəhənnəmin üzərində yerləşdirsələr və bütün xəlayiqi axırıncı nəfərinə kimi onun üstündən keçirib cənnətə yola salsalar və məni təkcə cəhənnəmə daxil etsələr, əsla mənim ürəyimdə nisgil qalmaz ki, niyə başqalarının payının əksinə olaraq mənim payıma bu düşdü!”

Kimin ki, ürəyində dediyimiz müxtəlif halların bərabər olması (halı, baxışı) möhkəm yer tutsa, onun muradı həqiqətdə baş vermiş həmin şeydir. Ona görə də demişlər: “Kimə nə vermişlərsə, (onun ləyaqətinə görə) ona verilməli olan elə həmin şeydir (haqqıdır).” Allahın bəndədən razılığı o vaxt hasil olur ki, bəndənin Allahdan razılığı hasil olmuş olsun.

“...Allah onlardan, onlar da Allahdan razıdırlar...”1

Belə olan halda, madam ki, bir kəs varlıq dünyasının işlərindən birinə – hər nə olmuş-olsun – e`tiraz etsə və ya zehninə gətirsə və ya mümkündür yadına salsın – [həmin adam] riza mərtəbəsindən binəsib olar.

Riza mərtəbəsinə yiyələnmiş kəs həmişə rahatlıq içində olar, – istər ona [olması] gərəkən və [olması] gərəkməyən şey olmasın. Həqiqətdə onun [olması] gərəkən və [olması] gərəkməyən şeylərinin hamısı gərəkən olar:

“Allahın rizası isə [bunların hamısından] daha böyükdür...”1

Buna görə də behiştin qapıçısını “Rizvan” adlandırmışlar və demişlər “Riza Allahın böyük qapısıdır”. Çünki riza məqamına çatan kəs behiştə çatacaqdır və baxdığı hər bir şeyə Allahın rəhmət nuru ilə baxacaqdır, necə ki, buyurublar: “Mö`min Allahın nuru ilə baxar.”2

Çünki Allah-taala bütün varlıqları var edəndir və əgər [aləmdəki] işlərdən birini bəyənməsə, həmin işin vücuda gəlməsi qeyri-mümkündür. [Beləliklə] əgər insanın nəzərində heç bir iş bəyənilməz olmazsa, [onda] onların hamısından razı olar; nə əldən çıxmış bir şeyə qəmgin, nə də ələ gətirdiyi bir şeyə şad olar.

“Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”3


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin