Dördüncü fəsil Sidq
Allah-taala sidq barədə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) sadiq olanlardan olun” (Peyğəmbər və onun səhabələri ilə birlikdə olun!)2
Sidqin lüğətdəki mə`nası doğru danışmaq və əhdə vəfa anlamındadır. Amma burada murad həm danışıqda, həm niyyətdə, həm qərara gəlməkdə, həm verdiyi əhd-peymana vəfa etməkdə – ümumiyyətlə həyatda qarşılaşdığı bütün hallarda doğru-düzgün olmaq mə`nasındadır. Siddiq o kəsdir ki, sadaladığmız bütün hallarda sidq onun məsləkinə, adətinə çevrilmiş olsun; belə ki, heç bir yerdə xilaf işin eyni və əsəri onda müşahidə edilməsin. Aqillər və alimlər demişlər: “Əgər bir kəs belə olsa, onun yuxusu da doğru olacaqdır” və göstərilən bu ayə də onların şə`nində nazil olmuşdur: “Mö`minlər içərisində elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar...”3
Siddiqləri peyğəmbərlər və şəhidlərlə bir sırada tutmuşlar. Allah-taala buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın ne`mətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar), e`tiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar.”4
İbrahim və İdris kimi böyük peyğəmbərləri siddiq sifəti ilə vəsf etmişlər: “Həqiqətən, o, (İbrahim) büsbütün doğru danışan bir zat-bir peyğəmbər idi.”5
Həmçinin bə`zi peyğəmbərlər haqqında da buyurmuşdur: “Biz onlara doğru danışan və yüksək dərəcəli dil qərar verdik.”
Düzgünlük və sədaqət məqsədə çatmaq üçün ən yaxşı yol olduğu üçün, məqsədə çatmaq yolunda müstəqim yolla seyri-süluk edən şəxs ən ümidverici kəs olacaqdır, inşaallah.
Dostları ilə paylaş: |