Oxucu formulyarı
Oxucuların mütaliəsinə rəhbərlikdə və onların mütaliə dairəsinin müəyyən edilməsində oxucu formulyarının mühüm rolu vardır. Oxuculara fərqli xidmət işinin təşkilində də oxucu formulyarının böyük rolu vardır.
Kitabxanaçı kitabxanaya yazılan hər bir oxucuya kitabxanadan istifadə etmək qaydası haqqında oxucuya məlumat verir. Sonra isə sorğu yolu ilə oxucu formulyarını doldurur. Formulyar ikiqat bükülmüş qalın vərəqdən ibarətdir. Üz tərəfində oxucu haqqında, iç tərəfində isə verilən kitab haqqında məlumat olur. Oxucu formulyarından beş il ərzində istifadə olunması nəzərdə tutulur. İstifadə olunub qurtarmış formulyarlar ən azı bir il kitabxanada saxlanılmalıdır.
№
|
132
|
43
|
97
|
101
|
6
|
Il
|
2008
|
2009
|
2010
|
2011
|
2012
|
Soyadı__________________________
Adı, atasının adı___________________
________________________________
Anadan olduğu il__________________
Milliyyəti________________________
Təhsili__________________________
Peşəsi___________________________
Təhsil müəssisəsi (əgər oxuyursa)_____
_______________________________
Ev ünvanı, telefon_________________
Pasport: Seriya_________№_________
Kim tərəfindən və nəvaxt verilib
________________________________
_______(ildən) kitabxananın üzvüdür
Kitabxananın daxili qaydalarını yerinə yetirəcəyəm
_______________________
(oxucunun imzası)
|
(Oxucu formulyarının nümunəsi)
Oxucu formulyarını doldurulan zaman sənədlərə diqqətlə baxılmalıdır. Oxucu formulyarda kitabxana qaydası ilə tanış olduğunu təsdiq etmək üçün imza etməlidir. Formulyar ancaq kitabxanaçı tərəfindən doldurulmalıdır. Oxucu formulyarının kitabxana xətti ilə yazılması onların qutuda düzülməsini və tapılmasını asanlaşdırır.
Verilmə
tarixi
|
İnventar
Nömrəsi
|
Şöbə
|
Müəllif və sərlövhə
|
Kitabın
alınması
haqqında
oxucunun
imzası
|
Kitabın
qaytarilması
haqqında
kitabxanaçının
imzası
|
Qeyd
|
2/XI-
|
24859
|
81.2r
|
Rusca-Azərbaycanca lüğət
|
______
|
_______
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
(Oxucu formulyarının əlavə vərəqinin nümunəsi)
Formulyarda növbəti sıra nömrəsi qoyulur və həmin oxucunun növbəti qeydə alınmasınadək ( yeni ildə qeydə alınanadək) saxlanılır.
Oxucuya verilən hər bir kitab onun formulyarında yazılmalıdır. Müvafiq qrafalarda kitabın oxucu tərəfindən alındığı tarix, kitabın inventar nömrəsi, şifrəsi, müəllifi və sərlövhəsi, əgər jurnal və ya qəzet götürülürsə jurnalın və qəzetin adı, sıra sayı, nəşr tarixi də qeyd olunur. Bu vərəqələr vasitəsilə alınana cavablar, qeyd olunan nəşrlər kitabxanaçıya oxucuların marağını nəzərə almağa, ən yaxşı ədəbiyyat seçmək işində ona kömək etməyə və oxucunun tələblərini diqqətlə dinləyərək o tələbləri ödəməyə imkan verir.
Kitabxanaçı oxucu formulyarından aşağıdakı məlumatları aydınlaşdıra bilər:
-
Oxucu ictimai-siyasi səviyyəsini artırmaq üçün bu mövzuda olan
ədəbiyyatı oxuyurmu?
2. Təbiətşünaslıq və elmi ədəbiyyatı oxuyurmu?
3. Oxucu öz ixtisasına dair ədəbiyyatı oxuyurmu?
4. Klassik və müasir bədii ədəbiyyatdan oxuyurmu?
5. Oxucunun mütaliəsində müəyyən ardıcıllıq varmı, yaxud o, sistemsiz
oxuyur?
6. Hansı məsələlərlə o daha çox maraqlanır?
Oxucu formulyarları ilə aparılan belə bir təhlil kitabxanaçını oxucuları qruplaşdırmağa və bir çox başqa oxucuların mütaliəsinə rəhbərlik etməyə kömək edir.
Kütləvi tədbirlər şöbəsinin müdiri Səmədova Cəmilə
Dostları ilə paylaş: |