ÖYRƏDİLMƏSİ metodikasi məsələnin qoyuluşu və mahiyyəti



Yüklə 183,34 Kb.
səhifə5/10
tarix09.11.2022
ölçüsü183,34 Kb.
#119213
1   2   3   4   5   6   7   8   9   10
YR D LM S metodikasi m s l nin qoyulu u v mahiyy ti

10 sm = 1 dm olduğundan, 1 kv.dm  1 = 1 kv.dm. Deməli, həmin kvadratın sahəsi 1 kv.dm və ya 100 kv.sm-dir. Sahələrin hesablanmasına aid məsələlər həllində kv.sm-lərin kv.dm-lərə çevrilməsi və kv.dm-lərin kv.sm-lərə xırdalanması əməliyyatları yerinə yetirilir. Sonrakı mərhələdə analoji qaydada şagirdlər kv.m-lə və kv.mm ilə tanış edilirlər. Beləliklə, sahə ölçü vahidləri, kv.sm, kv.dm, kv.m, kv.mm-ə uyğun modellər ardıcıl qaydada sinif otağında asılır. Yanaşı asılan cədvəldə isə sahə ölçü vahidləri arasındakı münasibət əks etdirilir.
Təcrübə göstərir ki, IV sinifdə daha iki sahə vahidi – ar (a) və hektar (ha) haqqında da məlumat verilməlidir. Çünki praktikada ən çox işlədilən sahə vahidi ar və hektardır. Ona görə də bu iki ölçü vahidinin riyazi xarakteristikası göstərilməlidir.
1a - ölçüləri 10 m x 10 m olan kvadratın sahəsidir. Yəni 1 a = 100 kv.m. 1 ha isə ölçüləri 100 m x 100 m olan kvadratın sahəsidir. Yəni
1 ha = 10000 kv.m.
Sinif otağında asılan sahə ölçü cədvəlinə bu iki sahə vahidini də daxil etmək lazımdır. Əks halda riyaziyyatın həyatla əlaqəsi və ya həyatda tətbiqi təmin olunmaz.
Sahələrin ölçülməsi haqqındakı bu məlumatdan sonra, düzbucaqlının perimetri ilə sahəsi arasındakı funksional asılılığı aşkar etmək lazımdır. Bu məqsədlə iki məsələni həll etmək lazımdır.
Məsələ 1. Cəmi 10-a bərabər olan iki ədədin hasilinin ən böyük qiymətini tapın. Məsələni həll etmək üçün cədvəl tərtib edirik,
Cədvəl.

a

1

2

3

4

5

b

9

8

7

6

5

a+b

10

10

10

10

10

ab

9

16

21

24

25

Göründüyü kimi, cəmi 10-a bərabər olan iki ədədin hasilinin ən böyük qiyməti 25- dir, yəni toplananlar bərabər olduqda ən böyük hasil alınır.
Məsələ 2. Sahəsi 25 kv.m olan düzbucaqlı sahəyə hasar çəkmək lazımdır. Hansı halda hasarın uzunluğu ən az olar?

Həlli: Bundan əvvəlki məsələnin həllinə diqqət yetirək. Göründüyü kimi, perimetrləri eyni olan düzbucaqlılardan sahəsi ən böyük olan kvadratdır. Deməli, həmin sahənin hasarının uzunluğu – 20 m olacaqdır. Lakin sahə düzbucaqlı şəklində olarsa, həmin uzunluqda hasarla 10 kv.m və ya 16 kv.m və ya 24 kv.m sahəni hasarlamaq olardı.


IV sinifdə bu şəkildə tədqiqata bacarıqlı şagirdlərin cəlb edilməsi mühüm əhəmiyyətə malikdir.



Yüklə 183,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin