ÖYRƏDİLMƏSİ metodikasi məsələnin qoyuluşu və mahiyyəti


§5. Vaxt və onun ölçülməsi ilə şagirdlərin tanış edilməsi



Yüklə 183,34 Kb.
səhifə6/10
tarix09.11.2022
ölçüsü183,34 Kb.
#119213
1   2   3   4   5   6   7   8   9   10
YR D LM S metodikasi m s l nin qoyulu u v mahiyy ti

§5. Vaxt və onun ölçülməsi ilə şagirdlərin tanış edilməsi

Uşaqlarda vaxt haqqında təsəvvürlər hələ məktəbəqədərki dövrdə yaranmağa başlayır. I-IV siniflərdə bu təsəvvürlər tədricən formalaşdırılır və inkişaf etdirilir.


İbtidai məktəbdə riyaziyyat təlimi prosesində vaxt və onun ölçülməsinin öyrədilməsi, başqa kəmiyyətlərə nisbətən müəllimdən daha böyük səy tələb edir. Çünki vaxt – məcərrəd anlayışdır, əslində hadisədir. İnsan fəaliyyətini səmərələşdirmək üçün vaxtdan düzgün istifadə etməyə çalışır. O, buna nail olmaq üçün vaxtı ölçməyə, qiymətləndirməyə səy etmişdir.
Vaxtın öyrədilməsində meydana çıxan çətinliklər aşağıdakılardan irəli gəlir:

  1. Vaxt fasiləsiz axır.

  2. Vaxtı dayandırmaq, geriyə qaytarmaq mümkün deyil.

  3. Vaxt aralıqları, müddət anlayışlarının, hadisələrin davametmə müddətlərinə görə müqayisə edilməsi şagirdlər tərəfindən çətin qavranılır. Çünki bizim qavrayışımıza görə vaxt gah tez gedir, gah gec gedir.

Vaxt haqqında təsəvvürlər şagirdlərdə olduqca gec formalaşır. Çünki vaxt maddi şəkildə deyil, ona görə də çətin mənimsənilir.
Şagirdlər hələ məktəbəqədərki yaş dövründə gecənin gündüzlə əvəz olunması, fəsillərin növbələşməsi kimi hadisələrlə tanış olduqca vaxt haqqında ilkin təsəvvürlər qazanırlar. Lakin hadisələrin vaxt ardıcıllığı, hadisələrin baş verməsi, bitməsi, davametmə müddəti haqqında məlumatlar çətin mənimsənilir. Məsələn, şagirdlər bəzən «dünən»,
«sabah» kimi anlayışları öz yerində işlədə bilmirlər.
I sinif şagirdləri «dünən», «bu gün», «sabah», «əvvəl», «sonra», «tez», «gec»,
«keçib», «qalıb» və s. kimi anlayışları tədricən dərk edirlər. Vaxt təsəvvürləri uşaqların praktik və tədris fəaliyyətləri ilə əlaqələndirilərək, formalaşdırılır. Onlar həftənin günlərinin adları və onların ardıcıllığı ilə tanış edilirlər. Bunun üçün stolüstü təqvimdən və vərəqli təqvimdən istifadə edilir. Təqvimdən istifadə etməyi şagirdlərə öyrətmək lazımdır. Şagirdlərin vaxtı hissetmə qabiliyyətlərini inkişaf etdirmək üçün onlara tanış olan müddətləri (1 dərsin müddəti və tənəffüs və s.) müqayisə etdirmək lazımdır. Adamların yaşlarını müqayisə etməklə, böyükdür, kiçikdir, cavandır, qocadır, yaşlıdır – kimi ifadələrin mənaları uşaqlara öyrədilir.
Şagirdlər vaxtın əvvəlcə saatla və sonra dəqiqə ilə ölçülməsini (II sinifdə) öyrənirlər. Ay, il, sutka (gün) anlayışları III sinifdə, əsr və saniyə anlayışları IV sinifdə öyrədilir. Təqvimlə iş II-III siniflərdə davam etdirilir. Vaxt ölçü vahidlərinin xırdalanması və çevrilməsinə aid məsələlər həll edilir. Bir ildəki ayların sayı, ayların ardıcıllığı və hər aydakı günlərin sayı öyrədilir. Şagirdlərin aylar və il ilə tanış edilməsində cədvəl – təqvimdən istifadə edilir. Aylar nömrələnir:



1

2

3

4

5

6

7

8

9

10

11

12

yan.

fev.

mart

apr.

may

iyun

iyul

avq.

sent.

okt.

noy.

dek.

Ayların 30 və ya 31 gün olduğunu müəyyən etmək üçün aşağıdakı sxemdən istifadə etmək lazımdır:



  1.  V  VI

aprel may iyun IX  X  XI
sentyabr oktyabr noyabr

5-ci (may) və 10-cu (oktyabr) aylarının qonşu ayları 30 gündür (dörd ay), qalan 7 ayın hər biri 31 gündür. Fevral ayı isə adi ildə – 28 gün, uzun ildə 29 gündür. Bunu müəyyən etmək üçün ilin nömrəsini göstərən ədədi 4-ə bölmək kifayətdir. Çünki hər 4-cü il uzun ildir. Bölmə nəticəsində qalıq alınmazsa, deməli həmin il uzun ildir. Şagirdləri ay və il ilə tanış edərkən cədvəl-təqvimdən istifadə etmək lazımdır. Həmin cədvələ əsasən şagirdlər ayları ardıcıl olaraq yazır və hər ayın yanında günlərinin sayını qeyd edirlər. Burada həmçinin ayların sıra nömrəsi də yazılır və şagirdlər həmin cədvəli əzbərləyirlər, aylar sıra nömrəsi ilə yadda saxlanır. Şagirdlərə öyrətmək lazımdır ki, ayların nömrəsi, günlərin sayı (fevraldan başqa) dəyişmir. Lakin bir aydakı günlərin adları əvvəlki və ya sonrakı illərdə dəyişə bilər. Məsələn, 1999-cu ilin sentyabrın 1-i çərşənbədir. 2000-ci ildə sentyabrın 1-i çərşənbə olmayacaq. Burada belə məsələ qoymaq olar:



  1. ay və gün məlum olduqda, həftənin gününün müəyyən edilməsi. Məsələn, sentyabrın 5-i həftənin hansı günüdür?

  2. sentyabr ayında həftənin 2-ci günü (çərşənbə axşamı) hansı günlərə düşür?

Vaxt ölçülərindən sutka (gün) və il – əsas ölçü vahidləri hesab olunur. Sutka haqqında təsəvvür yaratmaq üçün onun iki hissəsi – gecə gündüz haqqında, sonra isə gecə və gündüzün hissələri haqqında təsəvvürləri formalaşdırmaq lazımdır: səhər, günorta, axşam, gecə.
Həmçinin vaxt ardıcıllığı haqqında təsəvvürləri (dünən, bu gün, sabah) dəqiqləşdirmək və inkişaf etdirmək lazımdır. Sutkanın uzunluğu haqqında təsəvvür yaratmaq üçün «dünənki səhərdən bu günkü səhərə qədər müddət bir sutkadır», «dünənki günortadan bu günkü günortaya qədər müddət bir sutkadır» kimi misallar göstərmək olar. 1 Sonra bir həftədəki, bir aydakı sutkaların sayı hesablanır. Həmçinin tam və natamam sutkaların sayına aid misallar verilir. Vaxt anlayışlarını möhkəmləndirmək üçün
«1 həftə çoxdur, yoxsa 6 sutka?», «1 ay çoxdur, yoxsa 4 həftə?» kimi misallar vermək olar. Vaxt anlayışını inkişaf etdirmək və dəqiqləşdirmək məqsədilə vaxtın ölçü vahidlərindən istifadə edilir. Bu məqsədlə şagirdlər saat dəqiqə anlayışları ilə tanış edilir.
Saat – vaxt parçası kimi, müddət kimi təqdim edilərkən, elə proses və ya hadisələr misal göstərilir ki, onların davametmə müddəti bir saata yaxın olsun və uşaqlar həyatda onları həmişə müşahidə etsinlər. Məsələn, bir dərsin davametmə müddəti, müəssisələrdə günorta fasilələrinin davametmə müddəti və s. Eyni qayda ilə dəqiqə – vaxt ölçü vahidi kimi təqdim edilir və konkret təsəvvür yaratmaq üçün misallar göstərilir. Məsələn, 1
dəqiqə ərzində ədədləri 60-a qədər saymaq olar. 1 dəqiqə ərzində 60-70 metr məsafə getmək olar (adi yeriş) və s.
Saat və dəqiqə haqqında məlumat verildikdən sonra, saat modelindən istifadə etməklə həmin ölçü vahidləri arasında əlaqə aşkar edilir, 1saat=60dəq. Saat modeli üzərində böyük əqrəbin və kiçik əqrəbin funksiyaları aşkarlanır, böyük əqrəb bir tam dövr etdikdə (60 dəq), kiçik əqrəb bir böyük bölgüdən o birisinə qədər hərəkət edir (məsələn, 2-dən 3-ə qədər və s.), yəni 1 saat tamamlanır. 1 sutka = 24 saat münasibəti öyrədilir. Burada aşağıdakı məsələlərə xüsusi diqqət verilməlidir:

  1. Vaxtın bir kəmiyyət kimi 60-lıq say sistemində hesablanması,

  2. Vaxtın 12 saatlıq və 24 saatlıq sistemlərində hesablanması,

  3. Sutkanın başlanğıcı gecə saat 00-dan hesablanır. Gündüz saat 12 – günortanı göstərir. 12 saatlıq sistem tətbiq edilərsə, vaxt göstərən ədəddən əvvəl «gecə», «səhər»,

«axşam» ifadələri işlədilir. Məsələn, «səhər saat 8-dir», «axşam saat 830 dəqiqədir» və s. 24 saatlıq hesablama sistemi tətbiq edərkən, əlavə sözlərə ehtiyac qalmır. Məsələn,
«saat 10-dur», «saat 19-dur», «saat 23-dür» və s. Bu sistemdə vaxtın hesablanması əhəmiyyəti şagirdlərə izah edilir.
Vaxt ölçü vahidləri arasındakı münasibətləri öyrətmək üçün müvafiq cədvəldən və çalışmalardan istifadə etmək lazımdır. Çalışmalar adlı ədədlərin xırdalanması və çevrilməsi, vaxt ölçü vahidləri ilə sadə kəsrlər arasında əlaqələrin aşkar edilməsinə həsr olunmalıdır.

Məsələn, 1 saat = 30 dəqiqə; 2
saat = 40 dəqiqə; 120 dəqiqə = 2 saat

2 3
Son mərhələdə vaxtın saniyə əsr – ölçü vahidləri ilə şagirdlər tanış edilirlər. Əslində şagirdlər hələ dəqiqə ilə tanış olarkən, saniyə haqqında müəyyən təsəvvürlərə malik olurlar. Ona görə də saniyə vaxtın kiçik ölçü vahidi kimi təqdim olunanda, elə bir çətinlik yaranmır. Vaxtın bir mücərrəd kəmiyyət olmasına baxmayaraq, onun dinamikası saat cihazı vasitəsilə sanki əyani şəkildə göstərilir. Həyatımız bilavasitə vaxtla bağlı olduğundan, saat – vaxt ölçü vasitəsi kimi kütləvi hal aldığından, uşaqların vaxt və onun ölçülməsi haqqında təsəvvürləri bağça yaşlarından formalaşmağa başlayır.
Əsr – vaxt ölçü vahidi kimi öyrədilərkən, konkret misallardan istifadə edilir. Qeyd etmək lazımdır ki, bəzən «era» sözünü vaxt vahidi kimi işlədirlər. Era sözü «vaxtın hesablama başlanğıcı» mənasında işlədilir. Məsələn, «bizim eranın 1999-cu ili», «bizim eradan əvvəl (b.e.ə.) 287-ci il» və s.
Xristian təqviminə görə bizim eranın 2012-ci ilidir. Buna miladi sistem də deyilir. İslam ölkələrində era – vaxtın hesablanması başlanğıcı – Məhəmməd Peyğəmbərin (ə) Məkkədən Mədinəyə hicr etməsi vaxtı qəbul edilmişdir ki, bu da xristianların erasından 622 il sonra olmuşdur. Müsəlman tarixi ilə hesablamalara adətən «hicri» sözü əlavə edilir. Məsələn, 1433-cu il, hicri. Ümumiyyətlə, müsəlman ölkələrində iki təqvim: 1) günəş təqvimi (şəmsi), 2) Ay təqvimi (qəməri) tətbiq edildiyindən, onların təqvim illərinin nömrələri də müxtəlifdir.
Vaxtın hesablanmasına aid məsələlər həllində iki anlayışdan istifadə edilir: 1.
Təqvim vaxtı. 2. Hesab vaxtı
Təqvim vaxtı – hər hansı hadisənin başvermə başlanğıcı və ya sonunu göstərən vaxta deyilir. Məsələn, Azərbaycan Demokratik Respublikası1918-ci il mayın 28-də Müstəqil respublika elan olunmuşdur. «1918-ci il mayın 28-i» – bu təqvim vaxtıdır. Neçə il, neçə ay və neçə gün bundan əvvəl Azərbaycan Müstəqillik elan etmişdir. Hadisənin sonunu

2005-ci il iyunun 10-u qəbul etmək şərti ilə, bu suala cavab vermək üçün ədəd oxundan istifadə etmək lazımdır (şəkil 13).


1917-ci il, 4 ay: 28 gün

. ––––


? 2012 il, 5 ay, 10 gün
2012 il 5 ay 10 gün
- 1917 il 4 ay 28 gün
“ 95 il 12 gün Şəkil 13.

Cavab: 95 il 12 gün (hesab vaxtı).


İbtidai siniflərin riyaziyyat dərslərində və həmçinin sinifdənxaric məşğələ və tədbirlərdə vaxtın hesablanmasına aid olduqca maraqlı məsələlər vermək olar. Bu məsələlərin əksəriyyəti tarixi hadisələrlə bağlı olduğundan, şagirdlərin tərbiyəsində mühüm rol oynaya bilər.



Yüklə 183,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin