ÖYRƏDİLMƏSİ metodikasi məsələnin qoyuluşu və mahiyyəti


Mövzu -10. Hissə və kəsr anlayışlarının öyrədilməsi metodikası



Yüklə 183,34 Kb.
səhifə8/10
tarix09.11.2022
ölçüsü183,34 Kb.
#119213
1   2   3   4   5   6   7   8   9   10
YR D LM S metodikasi m s l nin qoyulu u v mahiyy ti

Mövzu -10. Hissə və kəsr anlayışlarının öyrədilməsi metodikası

I-IV siniflərin riyaziyyat kursu öz məzmunu etibarilə elə qurulmuşdur ki, şagirdlər V- IX siniflərdə riyaziyyatın sistematik kursunu öyrənməkdə çətinlik çəkməsinlər. Bu məqsədlə, kəmiyyətlərin tədrisi mühüm rol oynayır. Kəmiyyətlərin ölçülməsi, adlı ədədlərin xırdalanması və çevrilməsi şagirdləri kəsr (hissə) anlayışları ilə tanış etməyi zəruri edir. Ona görə də III sinifdə şagirdlərin hissə anlayışı ilə (kəmiyyətin hissələri) və IV sinifdə sadə kəsrlərlə tanış edilməsi proqramda nəzərdə tutulmuşdur. İbtidai məktəbdə ədəd anlayışının genişləndirilməsi əslində qeyri aşkar şəkildə təbii olaraq həyata keçirilir. Məsələn,



1 saat = 30 dəqiqə; 2
sentner = 40 kq və s.

2 3
Şagirdlərin hissə və kəsr anlayışları ilə tanış edilməsi əyanilik əsasında həyata keçirilir.
Şagirdlərin kəmiyyətin hissələri ilə tanış edilməsi metodikası
Bu mövzuya proqrama uyğun olaraq, 3-4 dərs ayırmaq lazımdır. Dərslərin məzmununa aşağıdakılar daxil olmalıdır,

  1. şagirdlərə tanış olan fiqurların, əşyaların praktik olaraq 2, 4, 3, 6, 8 və s. bərabər hissələrə bölünməsi,

  2. alınan hissələrin müşahidə və müqayisə edilməsi

  3. ədədin hissəsini tapmağa və hissəsinə görə ədədi tapmağa aid məsələlər həlli. Şagirdlərin kəmiyyətin hissələri ilə tanış edilməsi praktik işdən başlayır. Məsələn,

dairənin iki bərabər hissəyə bölünməsi, düz xətt parçasının 2 bərabər hissəyə bölünməsi, düzbucaqlının, kvadratın 2 bərabər hissəyə bölünməsi - «yarısı», «ikidən bir hissəsi» anlayışlarının formalaşmasına, həmin kəmiyyətlərin dörd bərabər hissəyə bölünməsi və bir hissənin «dörddən biri» və ya «ikidə birin yarısı» ifadələrinin formalaşmasına kömək edir (şəkil 14,15)

1 1
2 1 2
Шякил 14

1/2

1 1 1 1
4 4 4 4








1/2

1/2


1/4


1/4

1/4

1/4



Şяkil 15

1/4

Hissələr haqqında təsəvvürlərin formalaşdırılması üçün əyanilik mühüm rol oynayır, xüsusən də, həndəsi fiqurlardan dairə və düzbucaqlılar vasitəsilə dairənin bərabər hissələrə bölünməsi nəticəsində alınan hissələr dairəyə oxşamadığı üçün görmə yaddaşında daha tez həkk olunur. Burada iki məzmunda praktik iş aparmaq olar:

    1. verilmiş əşyanın bərabər hissələrə bölünməsi,

    2. alınmış hissələri birləşdirərək, yenidən əvvəlki əşyanın alınması.

Şagirdlər müəllimin göstərişi ilə dairəni, düzbucaqlını 2, 4 bərabər hissəyə bölürlər

1 ,
2
1
hissələrini göstərirlər (şəkil 16).

Yüklə 183,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin