Əliyev Eynulla Dadaş oğlu 1937-ci il iyun ayının 12-də Bakı şəhərinin yaxınıda yerləşən Bilgəh qəsəbəsində anadan olmuşdur. 1957-ci ildə qırmızı diplomla Əzim Əzimzadə adına Bakı Dövlət Kolledjini bitirib.
1960-1966-ci illərdə Ostrovski adına Daşkənd Dövlət Teatrı və İncəsənəti İnstitutunun heykəltəraş fakultəsində təhsil almışdır. Ömrünün sonunadək təyyinatla Səmərqənd şəhərində işləmişdir. 1968-ci ildən Özbəkistan İncəsənət Akademiyasının üzvü olmuşdur.
1969-1986-ci illərdə - Özbəkistan İncəsənət Akademiyasının Səmərqənd təşkilatının sədri vəzifəsində çalışmışdır.
İctimai işdən əlavə, yaradıcı əsərlər də yaratmış. Bunlardan qeyd etmək olar:
- Səmərqənd şəhərində Respublika xəstəxanasının ərazisində yerləşən “Fayzulla Xodjayev” abidəsi(1972-ci il, döymə mis);
- Səmərqənd vilayətində “Mirzo Uluqbəy” abidəsi(dəmir, beton);
- Narpay rayonunun “Pravda” kolxozunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olan əskərlərə abidə;
- Səmərqənd vilayətinin Xatirçinsk rayonunda “Səmərqənd” ya da “Mərhəmət” abidəsi(hündürlüyü 6 metr, mərmərdən, 1971-1972 il);
- Əfqanistanda həlak olan əsgərlərə 25 portret şəklində abidə (bürünc, 1989-1990);
- Surxandaryanın Daşnabad şəhərində “Dərdli Ana” abidəsi (dəmir, beton, 1988-ci il).
- Eynulla Əliyevin ən böyük əsərlərindən biri Daşkənd şəhərində 1991-ci il sentyabrın 1-də açılmış Əlişir Nəvai abidəsidir. Bu abidə şairin 550-illiyinə həsr edilmişdir (bürünc, 7 metr). Bundan əlavə, Əlişir Nəvainin 3 abidəsi 1991-ci ildə Katta-Kurqanda (dəmir, beton, 4 metr) və 2 abidəsi Səmərqənd vilayətinin Payarık rayonunda (1992-ci il, beton), Akdarya rayonunda (1998-ci il) quraşdırılmışdır.
- Qeyd etmək lazımdır ki, onun bir çox əsərləri Daşkənd şəhərinin Dövlət İncəsənət Muzeyində, Özbəkistan Mədəniyyət Nazirliyinin sərgilər və panoramalar şöbəsində, eləcə də Özbəkistanın digər şəhərlərinin muzeylərində yerləşir.
- Eynulla Əliyevin möhtəşəm əsərlərindən biri olan “Aysel” qızın bürünc büstünü Moskvanın Tretyakov Qalereyası əldə etmişdir.
- 1969-70-ci illərda Əliyev E. həmkarları ilə dirgə Səmərqənd şəhərində “Səmərqənd” otelinin ziyafət salonunun, vestibülün və həyətin içərisinin monumental bədii tərtibatını, eləcə də Buxarada “Buxara” mehmanxanasının tərtibat işlərini yerinə yetirir.
- 1977-ci ildə E. Əliyev Daşkənd Metropolitenin “Mirzə Uluqbek” stansiyasında və 1984-cü ildə “Çkalovskaya” stansiyasında döymə mis naxışlarla tərtibat işlərini görür.
- Yaradıcılıq müddətində Eynulla Əliyev Daşkənd, Səmərqənd, Baki, Moskva, Alma-Ata şəhərlərində, xarici dövlətlərin şəhərlərində - Helsinki, Vaşinqton, Xyuston, San-Fransiskoda keçirilən rəsm sərgilərində iştirak etmişdir.
- 2001-ci il may ayının 15-də Əliyev Eynulla Dadaş oğlı vəfat edib, lakin onun əsərləri indi də yaşayır və insanlara sevinc bəxş edir.
- 27 sentyabr 2010-ci il tarixində Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin zalında Eynulla Əliyevin heykəltaraşlıq əsərlərinin fərdi sərgisi keçirilmişdir. Bu sərgi Azərbaycan Prezidenti İlham Əliyevin ziyarət etdiyi Mədəniyyət Mərkəzinin açılışına həsr edilmişdir.
- Eynulla Əliyev Özbəkistan Respublikasının milli və mədəni irsinə çox böyük töhvələr vermiş və bu qardaş xalqlar arasındakı pozulmaz dostluğun göstəricisidir.
Dostları ilə paylaş: |