Özbəkistanda tanınmış azərbaycanlılar  Seyid Rza Əlizadə



Yüklə 30,39 Kb.
səhifə5/8
tarix25.12.2022
ölçüsü30,39 Kb.
#121808
1   2   3   4   5   6   7   8
Özbəkistanda tanınmış azərbaycanlılar

İxtiyar Rza Özbəkistanın ictimai-mədəni həyatında azərbaycanlıların daim aktiv olduğunu və onların yaradıcılıqları iki ölkə arasında dostluq əlaqələrinin inkişafına təkan veriblər.
Özbəkistanda tanınmış azərbaycanlı, şair İxtiyar Rza özündən sonra böyük bir irs qoyub gedib.
İxtiyar Rza 1935-ci ilin 25 iyul tarixində Azərbaycan Respublikasının Cəlilabad rayonunda anadan olub.
Gənclik illərində o, Bakı şəhərində neft sahəsində fəhlə, sonralar yeraltı təmir işləri ilə məşğul olub. 1953-54-cü illərdə Sovet ordusunda hərbi xidmət göstərmişdir. 1963-cü ildə Özbəkistana Daşkənd şəhərinə gəlib və ömrünün sonuna qədər qardaş Özbəkistanda yaşamışdır.
1964-cü ildə Daşkənd Dövlət Universitetinin Özbək ədəbiyyatı fakültəsinə daxil olmuş, 1969-cu ildə sözügedən Universiteti uğurla başa vurmuşdur.

1974-1975-ci illərdə “Özbəkfilm” təşkilatında dispetçer vəzifəsində, 1975-87-ci illərdə isə Daşkənd şəhəri Xəmzə rayonunda sədir vəzifəsində çalışmışdır.

Ədəbi fəaliyyətinə Özbəkistanda başlayan şairin ilk şeirlər kitabı «Дарахтларни кузлари бор» 1979-cu ildə Daşkənddə çap edilib. İxtiyar Rza Çolpan, Mirtemir, Maqsud Şeyxzadə kimi tanınmış şairlərin ədəbi ənənələrini davam etdirib, əsərlərində Vətənə və anaya sevgisini tərənnüm edib, özünəməxsus üslubda əsərlər yaradıb.
Şairin yaradıcılığında Vətən, azadlıq, insan xoşbəxtliyi əsas mövzu olaraq öz əksini tapıb. Onun “Vətən”, “Ana yurdum Türküstanım”, “Mənim ölkəm”, “Mənimsən” və başqa əsərləri Özbəkistanda sevilir və populyardır.

İxtiyar Rza daim aktiv ictimai fəaliyyət göstərmiş, gənclərlə görüş keçirərək onları Vətənə məhəbbət, dostluq və sevgi hisslərini aşılamış, Özbəkistanda Azərbaycan diaspora təşkilatının tədbirlərində xüsusi fəallığı ilə seçilib.

O, öz çıxışlarında Sovet imperiyasını, xüsusi ilə Azərbaycan və Özbək xalqının ziyalılarına qarşı həyata keçirilmiş represiya siyasətini sərt tənqid edib və daim xalqlarımızın istiqlaliyyətini, azadlığını öz şeirlərində təbliğ etmişdir.

Tanınmış azərbaycanlı şair, yazıçı, Özbəkistan Yazıçılar Birliyinin üzvü İxtiyar Rza 2012-ci ilin 13 noyabr tarixində Daşkənddə dünyasını dəyişmiş, Yakkasaray qəbiristanlığında dəfn edilib.

Özbəkistan Yazıçılar Birliyinin üzvü olmuş, tanınmış azərbaycanlı şair İxtiyar Rza 1969-2012-ci illərdə Daşkənd şəhərindəki Üçtəpə rayonunda 22-ci məhəllə, 11-ci binada yaşamışdır.

2016-cı ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə şair, Özbəkistan Yazıçılar Birliyinin üzvü olmuş İxtiyar Rzanın yaşadığı evin üzərində onun xatirə löhvəsinin açılışı olub.

Açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin, Səfirliyinin əməkdaşları, Daşkənd şəhəri üzrə Azərbaycan diasporasının fəalları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, şairin ailə üzvləri, yaxınları, mətbuat nümayəndələri iştirak ediblər.

2017-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanmış “Dostluq riştələri” adlı sənədli filmdə İxtiyar Rza yaradıcılığına yer verilmiş, şairin şeirləri, müsahibəsi filmdə öz əksini tapmışdır.

Qeyd edək ki, İxtiyar Rzanın barelyefi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın Arxitektura və Layihə İnstitutunun dosenti, tanınmış heykəltaraş Marina Borodinova tərəfindən hazırlanıb.


Yüklə 30,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin