Özbəkistanda tanınmış azərbaycanlılar  Seyid Rza Əlizadə


Azimbekov Aydın Alibek oğlu



Yüklə 30,39 Kb.
səhifə6/8
tarix25.12.2022
ölçüsü30,39 Kb.
#121808
1   2   3   4   5   6   7   8
Özbəkistanda tanınmış azərbaycanlılar

Azimbekov Aydın Alibek oğlu Azərbaycan və Özbəkistanın görkəmli dövlət xadimi, Özbəkistanda Azərbaycanın ilk fövqəladə və səlahiyyətli səfiri, eləcə də digər Mərkəzi Asiya respublikalarında akkreditə olunmuşdur.

1996-2004-cü illərdə Özbəkistan Respublikasında Azərbaycan Respublikasının səfiri vəzifəsini icra etmişdir.

Onun taleyinə qeyri-insani həyat tərzi qismət olmuşdu, lakin o həyatda qalmaq, yaşamaq və özünü təsdiq etməyi başardı.

O, 1932-ci ildə Naxıçıvan şəhərində anadan olmuşdu. Keçən əsrin 30-cu illərində günahsiz insanlar öz doğma yurdlarını, evlərini, Vətənlərini tərk etmək, uzaq bir yerə, aclıqdan qurtulmağa, bəzən yeməksiz və sığınacaqsız yaşamağa məcbur oldular. Aclıq və çətin günlər idi, lakin Aydın kənddə orta məkətəbi qızıl medalla bitirdi.

Azərbaycanlı Aydın Azimbekov öz xalqının adını yüksəklərə qaldırdı, Orta Asiyada onu hamı tanıyır və hörmət edirdi.


1957-ci ildə Daşkənd Suvarma və Kənd Təsərrüfatı Mexanika Mühəndisləri İnstitutu bitirdikdən sonra istehsalatda çalışmışdır, onun əmək fəaliyyəti avtomobil müəssisəsində mexanik vəzifəsi ilə başlamışdı. Fəaliyyətinin ilk addımlarını avtomobil nəqliyyatında başlayaraq, o, xalq təsərrüfatının bu sahəsini dərindən öyrənmiş, iqtisadiyyata, sənayeyə diqqət yetirmişdir. Atasının iradəsini mənimsəyərək, o, 1964-1974 illərdə böyük nəqliyyat sektorunda mühəndis vəzifəsindən başlamış və sonralar həmin müəssisənin rəhbəri olmuş, burada emalatxanalar təşkil etmiş və yüksək ixtisaslı mütəxəssisləri seçmişdir.

1974-1977-ci illərdə Özbəkistan SSR-nin Sırdarya regional komitəsinin şöbə müdiri, 1977-1986-ci illərdə Özbəkistan SSR-nin Sırdarya regional komitəsinin Kommunist Partiyasının katibi vəzifəsində çalışmışdır.

Onun işinə fəal və düzgün yanaşması Özbəkistan Respublikası rəhbərliyi tərəfindən yüksək qiymətlənmiş və o Avtomobil Nəqliyyatı naziri vəzifəsinə təyyin olundu. 1986-1988-ci illərdə A. Azimbekov Özbəkistan Respublikası Avtonəqliyyat naziri vəzifəsini icra etmişdir.
Vətəninə qayıtdiqdan sonra o müstəqil Özbəkistanda Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdı.

1986-1996-cı illərdə A. Azimbekov Özbəkistan Respublikasının Nazirlər Kabinetinin ictimai vəzifələrini icra etmişdir. Fəaliyyətinin çətin sovet dövründə o öz Vətəni ilə tarixi əlaqələrini kəsməmişdir.Özbəkistan Respublikasının xeyrinə çalışdığı qüsursuz işi sayəsində, vətənpərvər olaraq, A. Azimbekov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin diqqətinə layiq görülmüşdür.


Aydın Azimbekova Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfiri vəzifəsini icra etməsini məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həvalə etmişdir. Beləliklə, 1996 ildə o, Özbəkistanda Azərbaycanın Fövqəladə və Səlahiyyətli səfiri oldu.

Aydın Azimbekovun Vətəninə, doğma Azərbaycana xidmət etmək müqəddəs arzusu gerçəkləşdi.


Qeyd etmək lazımdır ki, onun xidmətləri sayəsində bir çox məsələlər həll olunmuşdur:

-Daşkənddə Azərbaycan səfirliyinin yeni binasının açılışı;

- Daşkənd şəhərinin küçələrinin birinə Heydər Əliyev adının verilməsi;

- Azərbaycan səfirliyində Azərbaycanın umümmilli lideri Heydər Əliyevin büstünün quraşdırılması;


- Daşkənddə “Azərbaycan evi”nin açılması;
- Nisami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin önündə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin büstünin quraşdırılması;
Azimbekov Aydın Alibekoviç layiqli, məsuliyyətli, vicdanlı bir şəxs idi. Səfirin diplomatik fəaliyyətində əsas məqsəd Ermənistan-Azərbaycan qarşıdurmasının köklərini açıqlamaq və təcavüskarları ifşa etmək idi.

O, qardaş Özbək xalqı, onun zəngin və unikal mədəniyyəti, adət-ənənləri haqqında Azərbaycanda məlumat əldə etmək üçün çox işlər görmüşdür.

Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrin inkişafı və dərinləşməsi naminə gördüyü işlərə görə Özbəkistan rəhbərliyi Azərbaycanın səfiri A. A. Azimbekovu Özbəkistan Dostluq ordeni ilə təltif edib.

Aydın Azimbekov 2012-ci il noyabr ayının 20-də Azərbaycanın paytaxtı Bakı şəhərində vəfat etmişdir.


Bu gözəl insanın xatirəsi daim bizim ürəklərdə yaşayacaqdır.


Yüklə 30,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin