Özbəkistanda tanınmış azərbaycanlılar  Seyid Rza Əlizadə



Yüklə 30,39 Kb.
səhifə8/8
tarix25.12.2022
ölçüsü30,39 Kb.
#121808
1   2   3   4   5   6   7   8
Özbəkistanda tanınmış azərbaycanlılar

Qudarlı Şövkət Miri qızı – Özbəkistanın əməkdar diktoru. Uzun illər Özbəkistan Dövlət Radiosunda fars dilində veriliş aparmışdır.
Şövkət Qudarlı Özbəkistan Dövlət Radiosunda uzun müddət diktorluq etmişdir. O, 2015-ci ildə dünyasını dəyişmişdir.

Şövkət Qudarlı Özbəkistandakı Azərbaycan Diaspora Təşkilatının fəallarından olmuşdur.


Əliyeva Kökəb Miri qızı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansablının rəhbəri, Azərbaycanın Əməkdar Artisti Kaykeb Aliyeva ömrünün əsas hissəsini Özbəkistanda Azərbaycan musiqisinin, rəqslərinin təbliğinə həsr etmişdir.

Özbəkistanda tanınmış azərbaycanlı rəqqasə, hal hazırda Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs dərnəyinin rəhbəri Kaykeb Aliyeva 1935-ci ildə anadan olmuşdur. Onun valideyinləri Azərbaycanın Qarabağ bölgəsinin Xocalı kəndindən İranın Məşhəd şəhərinə, oradan isə Özbəkistanın Daşkənd şəhərinə köçüb.

1989-cu ildən Azərbaycan diasporasında fəal çalışır, təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və yeniyetməyə milli rəqslərimizi öyrətmişdir. Onun rəhbərlik etdiyi rəqs ansamblı Özbəkistanda keçirilən dövlət tədbirlərində, beynəlxalq festivallarda, el şənliklərində milli rəqslərimizi ifa və təbliğ edirlər. Kaykeb Aliyeva bununla qardaş ölkədə yaşayan 40 mindən artıq azərbaycanlını öz mədəniyyətlərini, adət-ənənələrini unutmamağa dəstək olmuş, habelə milli rəqslərimizi digərləri tərəfindən mənimsənilməsinə, öz adlarına çıxmasına imkan verməmişdir. Qeyd etmək lazımdır ki, onun fəaliyyətini Özbəkistan dövlət də yüksək qiymətləndirmiş, dəfələrlə fəxri fərmanlar və ordenlərə layiq görülmüşdür.

Kaykeb Aliyeva Azərbaycan mədəniyyətinin, rəqs sənətinin təbliğinə həsr etmiş, Azərbaycan rəqs sənətini yüzlərlə azərbaycanlı, özbək və digər millətlərə öyrətməklə milli mədəniyyətimizi sevdirmişdir. Onun fəaliyyəti Özbəkistan dövləti tərəfindən yüksək qiymətləndirilib, dəfələrlə dövlət mükafatları ilə təltif edilib.

Özbəkistanda yüksək səviyyəli elə bir tədbir olmasın ki, orada Kaykeb Əliyevanın rəhbərlik etdiyi "Azərbaycan qızları" rəqs ansablı çıxış etməsin.

Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın böyük şəhərlərində - Səmərqənd, Fərqanə, Margilan, Çervakda keçirilən Azərbaycan mədəniyyəti, musiqisinə həsr olunmuş tədbirlərdə Kaykeb Aliyevanın rəhbərlik etdiyi "Azərbaycan qızları" rəqs ansablının çıxışları yerli əhali tərəfindən rəğbət və alqışlarla qarşılanır.

K.Əliyevanın xidmətlərini nəzərə alaraq, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanın Əməkdar Artisti adına layiq görülmüşdür.

Əməkdar Artisti Kaykeb Aliyevanın ictimai fəaliyyəti də diqqətəlayiqdir. O, Özbəkistanın uşaq evləri ilə işləyən "Mehrican" Xeyriyyə Fondunun həmsədridir, tez-tez uşaq evlərində xeyriyyə tədbirləri təşkil edir, azərbaycanlı yetim uşaqlara himayəçilik edir, tanınmış iş adamları ilə əlaqə quraraq onları xeyriyyə tədbirlərinə və uşaq evlərinə dəstək göstərməyə cəlb edir.

Kaykeb Aliyeva Özbəkistanda Azərbaycan diaspora təşkilatının idarə heyətinin üzvüdür, onun diaspora təşkilatının formalaşmasında xidmətləri böyükdür. Onun haqqında məlumat "Dünya azərbaycanlıları" kitabına da daxil edilmişdir.

2016-cı ildə Özbəkistan Respublikası Prezidenti cənab Şavkat Mirziyoyev tərəfindən uzun illər mədəniyyət və xalqlar dostluğu sahəsində səmərəli fəaliyyətinə görə ona “Dostluq” ordeni verilib.



2017-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təqdimatı əsasında "Azərbaycan qızları" rəqs ansamblının solisti, Azərbaycanın Əməkdar Artisti Kaykep Əliyeva Azərbaycan Respublikasının Fəxri Mədəniyyət işçisi döş nişanına layiq görülüb.
Yüklə 30,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin