Özünü yoxla
1.Həsən xana və Cavad xana aiddir:
A)Hər ikisi Rusiyanın təslim olmaq təklifini rədd etmişdir.
B) Kürəkçay müqaviləsini imzalamışlar
C) Hər iki xanın dövründə xanlıqda qondarma “erməni vilayəti” adlı qurum yaradılmışdır.
2. XIX yüzilliyin əvvəllərində Azərbaycanda Rusiyanın işğalına şərait yaradan əsas amil:
A) Gülüstan müqaviləsinin imzalanması
B) Qacarlar dövlətinin Azərbaycan xanlıqlarına kömək etməməsi
C) Vahid dövlətin olmaması
3.Xronoloji ardıcıllığı tapın.
1. Kürəkçay müqaviləsi
2.Türkmənçay müqaviləsi
3. II Rus-İran müharibəsinin başlanması
A) 1,2,3 B) 1,3,2 C) 3,2,1
4. F. Rəşidəddin və A. Bakıxanovun oxşar cəhəti:
A) Hər ikisi də Rəşidiyyə universitetinin yaranmasında iştirak etmişdir.
B) Hər ikisi də tarixə dair əsər yazmışdır.
C) Hər ikisinin də əsərlərində Azərbaycanın Rusiya tərəfindən işğalı ilə bağlı məlumatlar var.
5. Uyğunluq pozulub.
A) İmperiya- tərkibində müxtəlif ölkələri və xalqları birləşdirən güclü dövlətdir.
B) Universitet- mütəxəsislər hazırlayan ali məktəbdir.
C) İlhaq- dini idarədir.
6. Bu şəxsiyyətlərdən biri latın əlifbası əsasında yeni bir Azərbaycan əlifbası tərtib etmişdir.
A) H. Zərdabi
B) M.F.Axundzadə
C) C. Məmmədquluzadə
7. 1917-42=? Alınan rəqəmdə hansı hadisə baş verib?
8. Mətni oxuyun, buraxılmış ili müəyyən edin.
Hacı Zeynalabdin Tağıyev öz pulu hesabına xarici ölkələrdən Azərbaycana mühəndislər vətəcrübəli mütəxəssislər dəvət etdi. ______ ildə Bakıya Şollar su kəmərinin çəkilməsinə başlandı.
9. Verilmiş sözlərdən hekayə qurun:
Molla Nəsrəddin, cahillik,nadanlıq, Sabir, doğma dilimiz, qadın azadlığı, tənqidi jurnal.
_________________________________________________________
_________________________________________________________
_________________________________________________________
_________________________________________________________
10. Verilmiş ifadələri aid olduğu şəxsiyyətlərə müvafiq yazın:
“Dağlarda tufan” əməliyyatı
“Sərdari-milli”
“Salari milli”
Dostları ilə paylaş: |