Polimer kompozisiya materialları Polimer kompozisiya materialları sənayenin müxtəlif sahələrində geniş istifadə edilir. Sənayedə homopolimer istehsalının azalmasına baxmayaraq müxtəlif polimer materiallarının miqdarı durmadan artır. Bu ilk növbədə sənayedə istehsal edilən polimerlərin quruluş və xassələrinin modifikasiyası və ya polimerlərin qarışıqlarının istehsalı ilə izah edilir .
Hazırda polimer kompozisiya materiallarının alınmasının əlverişli, perspektiv və yayılmış üsulu müxtəlif polimerlərin istilik-mexaniki təsir altında qarışdırılmasıdır. Bu üsul polimer qarışıqlarının alınmasına və onların xassələrinin geniş həddə dəyişməyə, onların istifadə sahələrinin genişləndirilməsinə imkan yaradır. Sənayedə istehsal edilən homopolimerlərin istifadəsinin məhdudlaşdırılması onunla izah edilir ki, xüsusi məqsədlər üçün müəyyən xassələrə malik polimerlərin – homopolimerlərin və sopolimerlərin sənayedə istehsalının yaradılması ilə alınması mümkün deyil. Xüsusi xassələrə malik polimerlər istehsal edilən iritonnajlı polimerlərin optimal nisbətdə qarışıqları əsasında alına bilər . Çox hallarda polimer qarışıqları kimi istənilən öz aralarında kovalent əlaqələr olmayan iki polimerdən ibarət bircinsli sistem nəzərdə tutulur.
Qarışıqların komponentlərinin seçilməsi və qarışdırma üsulu, ən öncə kompozisiya materialının lazımi kompleks xassələri ilə uzlaşdırılır. Polimerlərin bir-biri ilə qarışması iki və daha çox polimerin qarışdırılması ilə müəyyən kompleks xassələrə malik kompozisiya materialının alınması imkanı deməkdir.
Polimer qarışıqları dispers kolloid sistemlərə aid edilir, çünki qarışıqlarda komponentlərdən birinin kolloid dərəcədə dispersliyi müşahidə edilir.
Metal ovuntularından detallar hazırlanması Maşınqayırmanın inkişafı, eləcə də buraxılan məmulatların keyfiyyətinin yüksəldilməsi və etibarlılığının artırılması məsələləri yeni konstruksiya materialları yaradılmasını tələb edir. Ovuntu materialları sənayenin bütün sahələrində tətbiq edilir. Ovuntu metallurgiyası iqtisadi cəhətdən sərfəli və keyfiyyətli materialların, yüksək temperaturda işləməyə qadir olan ovuntu örtüklərinin və xüsusi xassəli məmulatların alınması üçün böyük potensial imkanlara malikdir.
Ovuntu metallurgiyası təkcə yeni xassəli konstruksiya və xüsusi təyinatlı detalların alınması ilə məhdudlaşmır. O, həm də metal tullantılarından istifadə edərək, yüksək xassəli materiallar hazırlamağa imkan verir.
Ovuntu metallurgiyası–yüksək odadavamlılığa, yeyilməyədavamlılığa, sabit maqnit və başqa xüsusi xassəli kompozisiya materialları və onlardan maşın detalları istehsalına imkan verir.
Konstruksiya materiallarının seçilməsi onların fiziki-mexaniki və istismar xassələrindən asılıdır. Bu xassələr konstruksiya materiallarının özlərinin və onlardan maşın detalları istehsalatında tətbiq edilən texnoloji proseslərə təsir göstərir. Belə materiallardan maşın detallarının istehsalı prosesi materiallardan istifadə əmsalının yüksək (0,85-0,95) olması, az əmək sərf edilməsi, yüksək mexanikləşdirmə və avtomatlaşdırma ilə xarakterizə olunur.
Ovuntu metallurguyası – metal ovuntuları və onlardan maşın detallarının istehsalı ilə məşğul olan texnoloji sahədir. Metal ovuntusundan və ya ovuntular qarışığından əvvəlcə məmulat preslənir. Sonra isə onu termiki emala uğradaraq bişirirlər. Sənayedə müxtəlif ovuntular buraxılır: dəmir, mis, kobalt, volfram və s. Ovuntuların alınma üsulları şərti olaraq iki əsas qrupa bölünür: mexaniki və fiziki-kimyəvi.
Adi üsullara nisbətən ovuntu metallurgiya üsulları ilə məmulatın hazırlanması bir sıra üstünlüklərə malikdir:
1. ovuntunun tərkibindən və onun alınma üsulundan asılı olaraq məmulat xüsusi xassələrə malik və dəqiq ölçüdə alınır;
2. məmulata metal sərfi azalır; adi texnologiyada tullantı 30–40%, ovuntu metallurgiya üsulunda – 3–4% olur;
3. istehsalın tullantı metalından (yonqar, sıçrantı, axıntılar) istifadə edilmə imkanı yaranır;
4. məmulatın hazırlanmasında ümumi əmək tutumu azalır;
5. metal və qeyri-metal qatışığından məmulat hazırlamaq imkanı yaranır;
6. mexaniki emalın həcmi xeyli azalır; 7. məmulatın ömüruzunluğu (məsaməli yastıqlar, oksidləşdirici mühitlərdə işlədilən məmulatlar) artır.
Kiçikölçülü məmulatın böyük miqyasda istehsalında ovuntu metallurgiya üsulunun iqtisadi səmərəsi daha əlverişli olur.
Ədəbiyyat 1. https://kompy.info/upload/download/id16549
2. file:///C:/Users/Notebook/Downloads/m-xt-lif-sullarla-alinmi-poli-mer-qari-iqlarinin-xass-l-rinin-t-dqiqi.pdf
3.Konstruksiya metallarının texnologiyası_H.Ə.Hacıbalayev