QADININ MÖVQEYI
Qeyd olunduğu kimi, qadın dərin və geniş hissə malik
bir varlıqdır. O bu baxımdan kişidən üstündür. (Bu
üstünlük şəxsə yox, növə aiddir. Yə`ni orta halda olan
qadınlar orta halda olan kişilərdən hiss baxımından
üstündür. Amma xüsusi halda bir kişi bir qadından daha
hissiyyatlı ola bilər.) Bu xüsusiyyət, şübhəsiz ki, qadın
üçün problemlər yaradır. Hissin düşüncəyə qələbə
çalması ağıl zəifliyi ilə nəticələnir. Kişilərin bu sahədə bir
o qədər də böyük problemi olmur. Demək, kişi ilə qadın
arasında iş bölgüsü aparılarkən bu fitri xüsusiyyət nəzərə
alınmalıdır. Kişi və qadın arasındakı təbii fərqləri
nəzərdən qaçırmaq olmaz. Eşq və məhəbbətlə dolu bir
qəlb tələb edən işlərin öhdəsindən, adətən, qadınlar daha
yaxşı gəlir. Daha çox fiziki qüvvə tələb edən işlər isə
kişilər üçün münasibdir. İqtisadiyyat kimi fiziki güclə
yanaşı dəqiqlik və sərtlik tələb edən sahələrdə də kişilər
daha müvəffəqdirlər. Uyğun məsələni bəsirət gözü ilə
nəzərdən keçirən hər bir insan anlayar ki, idarəçilikdə bu
üsul daha möhkəm və e`tibarlıdır.
Dostları ilə paylaş: |