Profil dgn


QADIN VƏ KIŞININ BIR-BIRINƏ IKILI



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə32/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   28   29   30   31   32   33   34   35   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

QADIN VƏ KIŞININ BIR-BIRINƏ IKILI 

MÜNASIBƏTI 

Qadın  və  kişi  arasındakı  fərqlərə  səbəb  olan  əsas 

zəmin  onların  bir-birinə  qarşı  hissləridir.  Yə`ni  kişinin 

qadına  qarşı  hissləri  qadının  kişiyə  qarşı  hisslərindən 

fərqlənir.  Ailə  haqqında  danışarkən  bu  məsələyə  diqqət 

çox mühümdür. Müştərək ailə qurmaq fikrində olan qadın 

və  kişi  bu  sahəyə  lazımınca  diqqət  yetirməlidirlər  ki, 

xoşbəxt həyat qura bilsinlər. Xüsusi ilə kişi bilməlidir ki, 

müştərək  həyat  qurmaq  istədiyi  kəs  onunla  rabitəyə  öz 

prizmasından baxır və fərqli hisslərə malikdir. Əgər arada 

qarşılıqlı  anlaşma  olmasa,  ailənin  xoşbəxtliyi  yolunda 

böyük  maneələr  yaranacaq.  Bu  məsələdən  xəbərsizlik  və 

ya ona diqqətsizlik bir çox problemlərin qaynağıdır. 

Həmən 


problemlərdən 

biri 


budur 

ki, 


qadına 

münasibətdə kişinin hissləri tələbli və ehtiyaclıdır. Həmin 

bu 

səbəbdən 



kişi 

fiziki 


cəhətdən 

üstünlüyünə 

baxmayaraq,  daim  həyat  yoldaşı  sorağında  olmuş,  var-

dövlətini, imkanlarını qadının ixtiyarına vermişdir. 

Kişi  məhz  bu  fitri  hisslərin  hesabına  qadına  elçi 

düşmüş  və  öz  ehtiyacını  aşkarlamaqda 

əskiklik 

görməmişdir.  Amma  qadının  bu  sahədəki  təbii  hissləri 

fərqlidir.  O,  kişinin  sorağınca  getməyi,  rabitə  üçün  ilk 

addım atıb ehtiyacını açıqlamağı özü üçün əskiklik sayır. 

Qadın  o  zaman  ruhi  aramlıq  tapır  ki,  “istəyən”  yox, 

“istənilən” olsun. 

Qadının kişiyə münasibəti “istəmək” yox, “istənilmək” 

hissləri üzərində qurulmuşdur. 

Kişi  “istəyin”,  qadın  isə  “istənilməyin”  zühur 

məhəllidir.  Bu  səbəbdən  də  qadının  ən  böyük  hünəri  o 

olmuşdur  ki,  həyat  yoldaşının  qəlbini  ram  etsin,  onu 

 

44



özünə  heyran  qoysun.  Təbiət  də  kişini  öz  məhəbbətinə 

əsir  etmək  üçün  qadına  fiziki  və  psixoloji  imkanlar 

vermişdir. O zərif gedişləri ilə kişinin qəlbinə nüfuz edir, 

onu  öz  xidmətində  saxlayır.  Bə`zən  isə  kişinin 

şücaətlərinə  səbəbkar  olur.  Qadını  kişi  qarşısında  bu 

qədər güclü etmək yaranışın mahir tədbirlərindəndir. 

Kişi dünyanı, qadınsa kişini fəth edə bilir. 

Əgər  qadında  onu  kişidən  fərqləndirən  xüsusiyyətlər 

olmasaydı, şübhəsiz ki, onu özünə heyran qoya bilməzdi. 

Bu səbəbdən də kişilər kişiyə oxşar qadınları sevmirlər. 

Tarix  şahiddir  ki,  bir  çox  amansız  hakimlər  qadın 

qarşısında  aciz  qalmışlar.  Dünyanı  qılıncdan  keçirən  bu 

fatehlər  qadın  qarşısında  boyun  əyib,  öz  heçliklərini 

e`tiraf etmişlər. 

Qadın  bu  sayaq  hisslərə  malik  olduğundan  yalnız 

özünə  vurğun  kişi  ilə  birlikdə  olduqda  xoşbəxtliyi  dadır. 

Kişi  isə  belə  deyil.  O  yalnız  sevdiyi  qadını  tapdığı  vaxt 

ləzzət duyur. 




Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin