45
Qadında özününümayiş, dilrübalıq, ram etmə hissinin
izharı üçün ideal fitri zəmin var. Qadın bu yolla kişi
qəlbini fəth edib onu öz ardınca çəkir.
Beləcə, anlamaq olur ki, qüdrət təkcə qol gücü demək
deyil. Kişi qadından nə qədər güclü olsa da, qadın
əsrarəngiz qüvvəsi ilə onu öz qarşısında diz çökdürür,
qəlbini özünə əsir edir. Həzrət Əlidən (ə) nəql olunmuş
məşhur bir rəvayətdə deyilir: “Qadın qəhrəman yox, ətirli
güldür.”
1
Yə`ni qadın fiziki baxımdan kişi qədər güclü
olmasa da, ətirli, zərif, gözəl bir güldür və bu səbəbdən də
kişini öz məhəbbət toruna sala bilir. Bütün bunları nəzərə
almaqla qadından kişi kimi hərəkət etməsi tələb
olunmamalıdır.
Dostları ilə paylaş: