Profil dgn



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə36/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   32   33   34   35   36   37   38   39   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

ƏRLƏRƏ XƏBƏRDARLIQ 

Deyildiyi  kimi,  qadın  üçün  ərin  ona  diqqətindən 

mühüm  bir  şey  yoxdur.  Bu  sahədə  qadın  çox  həssasdır. 

Bu  səbəbdən  də  ərin  başqalarını,  xüsusi  ilə  hansısa 

qadınları  və  ya  öz  ana-bacısını  tə`rif  etməsi  qadın  üçün 

dözülməzdir. 

Qadın  bu  istəkdədir  ki,  ərinin  qəlbini  öz  inhisarında 

saxlasın və  bu  qəlbdə  kimsə  onun  yerini tutmasın. Ər  öz 

həyat  yoldaşının  bu  hisslərindən  agah  olmalıdır.  O,  yol 

verməməlidir  ki,  qadında  onun  sevgisi  ilə  bağlı 

narahatlıqlar  yaransın.  Ana-bacını,  qardaşı,  dostları 

sevmək o demək deyil ki, həyat yoldaşının yanında daim 

onlardan  danışasan.  Məsələn,  həyat  yoldaşı  ilə  ikilikdə 

səfərə  çıxdıqda  yeri  gəldi  gəlmədi  başqa  yaxınları 

xatırlayıb,  onların  olmamasına  təəssüflənmək  qadında 

iztirab  yaradır.  Həyat  yoldaşına  başqalarının  bişirdiyi 

xörəkləri  tə`rifləmək,  əl  işlərindən  həvəslə  danışmaq 

zərərlidir.  Kişi  bu  şərtlərə  riayət  etməsə,  daim  öz  həyat 

yoldaşına başqalarını tə`rifləsə, qadın elə düşünə bilər ki, 

ər  onun  yanında  da  olsa,  fikri  başqa  yerdədir.  Belə  bir 

hiss  onun  üçün  dözülməzdir  və  onda  əxlaqi  nöqsan  olan 

həsəd yaradır. (Deyilənlər anaya da aiddir. Yə`ni insan öz 

anasının  hüzurunda  ardıcıl  şəkildə  həyat  yoldaşını 

tə`rifləyib,  başqalarına  biganə  qalması  ilə  bağlı  şübhələr 

yaratmamalıdır. Ruhdakı həsəd xüsusiyyəti qıcıqlandıqda 

bir  çox  problemlər  yaradır  və  həmin  sifətdən  asanlıqla 

yaxa  qurtarmaq  olmur.  Məhz  bu  məqamlarda  kişinin 

müdiriyyət  rolu  aydın  olur.)  Təkrar-təkrar  qeyd  etdik  ki, 

ər öz danışıq və rəftarları ilə həyat yoldaşını öz sevgisinə 

inandırmalıdır.  Qadın  əmin  olmalıdır  ki,  ərin  qəlbində 

onun  yerini  başqa  biri  tuta  bilməz.  Qadın  belə  bir 

arxayınlıq  olduqda  müştərək  həyatını  sağlam  və  enerjili 

davam etdirir. 

 

50

Bə`zən  qadın  öz  ərini  onun  sevdiyi  hər  şeyə,  hətta 



heyvana,  əşyaya,  idman  və  ya  əyləncəyə  də  qısqanır. 

Ərinin  ona  yox,  digər  şeylərə  maraq  göstərdiyini 

gördükdə  nifrəti  həmin  şeylərə  ünvanlanır.  Ətrafda  bu 

nümunələrlə  rastlaşmaq  çətin  deyil.  Əlbəttə  ki,  belə  bir 

münasibət qadının öz hisslərində ifrata vardığını göstərir. 

Amma  hər  halda  ər  öz  həyat  yoldaşının  bu  hisslərindən 

xəbərdar  olmalıdır.  Kişi  tədbir  və  bəsirətlə  elə  rəftar 

etməlidir  ki,  qadındakı  bu  hisslər  qıcıqlanmasın.  Əgər 

buna nail olsa, bir çox problemlərin qarşısı alınar, qadının 

psixoloji aramlığı tə`min edilər. 




Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin