Profil dgn


MƏHƏBBƏT INTIZARINDA IFRATA VARMAYAQ



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə37/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   33   34   35   36   37   38   39   40   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

MƏHƏBBƏT INTIZARINDA IFRATA VARMAYAQ 

Qadınlara  belə  bir  nöqtəni  də  xatırlatmaq  lazım  gəlir 

ki,  uyğun  intizar  eşq  və  məhəbbət  göstəricisi  olsa  da, 

ifrata  varıb  məntiqsiz  tələblər  irəli  sürmək  olmaz.  Qəbul 

etmək lazımdır ki, ər öz həyat yoldaşından əlavə başqaları 

ilə  də  münasibət  qurmalıdır.  Bu  hər  bir  insanın  aşkar 

haqqıdır.  Ana,  bacı,  qardaş,  dostlar  insanın  sevgisindən 

bəhrələnmək  haqqına  malikdir.  Bu  səbəbdən  də,  ərin 

qəlbini  inhisarda  saxlamaq  olmaz.  Belə  bir  istək  əslində 

yerinə  yetəsi  deyil.  Müştərək  həyatın  ilk  dönəmlərində 

qadın  və  kişi  bir-birlərini  dəlicəsinə  sevsələr  də,  sonrakı 

dövrlərdə  həmin  sevgi  odunu  qorumaq  mümkünsüz olur. 

Demək,  bu  sevgidə  də  ifrata  varmayıb  orta  həddi 

gözləmək lazımdır. 

Başqalarına  xoş  münasibət  həyat  yoldaşını  sevməmək 

deyil. 


Əgər  ər  öz  ana-bacısını  sevirsə,  bu  çox  təbii  bir 

bağlılıqdır.  Bir  insan  illər  uzunu  ana  ağuşunda  ömür 

sürüb boya başa çatdıqdan sonra ondan üz çevirərsə, onun 

məhəbbətini  e`tibarlı  saymaq  olarmı?  Olsun  ki,  qısa  bir 

müddətdən sonra o öz həyat yoldaşını da bu sayaq unudar 

və qəlbindən onun məhəbbətini çıxarar. 




 

51


Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin