Profil dgn



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə43/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   39   40   41   42   43   44   45   46   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

DIL YARASI 

Bu gün müxtəlif millətlər arasında “dil yarası kimi bir 

tə`bir  geniş  yayılmışdır.  Dil  yarası  yetərsiz, acı danışığın 

nəticələrindəndir.  Dil  yarası  insanların  bir-birləri  ilə 

ünsiyyətdən  mə`ruz  qaldıqları  əzab-əziyyəti  göstərir. 

Təcrübədən  görünür  ki,  bə`zilərinin  dil  yarası  vurmaqda 

 

56

xüsusi  məharəti  var.  Onlar  hətta  adi  söhbət  zamanı  da 



qarşı  tərəfi  salamat  buraxmırlar.  Onlar  öz  ətrafındakı 

dostlarını  və  yaxınlarını  ardıcıl  şəkildə  incidir,  özlərinə 

qarşı  nifrət  oyadırlar.  Onlar  dil  yarası  vurmaqla  qarşı 

tərəfin  məhəbbətini  itirir  və  nə  üçün  sevilmədiklərini 

anlamırlar.  Bu  məsələ  ailə  həyatında  da  bir  çox 

problemlər  yaradır,  ailə  rabitələrini  zəiflədir.  Doğurdan 

da,  bə`zən  ünsiyyətdə  olan  tərəf  qəlbində  yara  varmış 

kimi  normal  davrana  bilmir.  Bu  əxlaqi  nöqtənin  acı 

nəticələri  təkcə  bu  dünyaya  yox,  həm  də  axirət  aləminə 

aiddir.  Kiminsə  qəlbini  sındırmaq,  onun  kefini  pozmaq 

dini 

tə`limlərdə 



şiddətlə 

məzəmmət 

olunmuş 

günahlardandır. 

Ər  və  arvad  bir-birlərinə  dil  yarası  vurmaqdan  ciddi 

şəkildə çəkinməlidirlər. 

Ərlə arvad rabitəsində acı sözə, məsxərəyə, təhqirə heç 

vəchlə  yol  verilməməlidir.  Belə  təzahürlər  insanın 

mə`nəvi  süqut  nişanəsidir  və  axirət  əzabı  ilə  nəticələnir. 

(Cəmiyyətimizdəki problemlərdən biri də  yanaşı yaşayan 

qövmlərin bir-birinə qarşı təhqiramiz münasibətidir. Belə 

bir  münasibət  müxtəlif  sahələrdə  zərər-ziyan  törətməklə 

yanaşı  milli  birliyi  zəiflədir.  Məsələn,  bə`zi  məzhəkə, 

komediyalarda  hansısa  məntəqənin  və  ya  kəndin  əhli, 

onların  adət-ən`ənələri  məsxərəyə  qoyulur.  Bu  sayaq 

komediyalar  əxlaq  və  ədəbə  zidd  olmaqla  yanaşı  şəriət 

ölçülərinə sığmadığından qadağandır. Belə bir münasibət 

ya  nadanlıqdandır,  ya  da  düşmənçilikdən.  İki  ayrı 

qövmdən,  şəhərdən  və  ya  kənddən  olan  gənclər  ailə 

qurduqda  diqqətli  olmalıdırlar  ki,  öz  rəftarlarında  qarşı 

tərəfin  təhqirinə  yol  verməsinlər.  Xalqın  tə`birincə, 

təhqirə dözmək aclığa dözməkdən çətindir. Necə ola bilər 

ki, insan bir dam altda yaşadığı ömür-gün yoldaşını təhqir 

edə?!) 



 

57

Bütün  hallarda  ər  və  arvad  öz  qəlb  rabitələrini  bu 



sayaq  bəlalardan  qorumalıdırlar.  Onlar  bir-birləri  ilə 

mülayim davranmalı, insani üslubda danışmalı, səhvə yol 

verdikdə dərhal üzr istəməlidirlər. 


Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin