Profil dgn



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə44/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   40   41   42   43   44   45   46   47   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

ƏDƏB ÜÇÜN YARDIM DILƏYƏK 

Mühüm  məsələlərdən  biri  də  ədəb  qaydalarına  riayət 

etməkdir.  İnsanın  daxili  kamilliyi  nə  qədər  artarsa,  onun 

ədəbi, həyası və iffəti də artar. 

 

Ədəbdə Allahdan yardım diləyək. 

Ədəbsiz rəhmətdən məhrumdur bilək. 

 

Mövləvinin bu misraları əslində ruhi, mə`nəvi təkamül 

üçün  rəmzi  bir  açardır.  Dini  rəvayətlərdə  də  bu  sahə  ilə 

bağlı tə`kidli tövsiyələr vardır. 

Din  böyüklərinin  iş  üsulundan  mə`lum  olur  ki,  onlar 

heç vaxt ədəb çərçivəsindən kənara addım atmamışlar. 

Bəli,  insani  rabitələr  ədəbə  əsaslanmalıdır.  İnsanlar 

arasında  rabitələrin  möhkəmliyində  ədəbin  xüsusi  rolu 

var. Ədəbli rəftar bir çox bəlaları aradan qaldırır. Beləcə, 

ərlə  arvad  bir-birləri  ilə  ədəb  qaydaları  əsasında  rəftar 

etdikdə bir çox problemlərin qarşısı alınır. Təcrübədən də 

görünür  ki,  ailə  rabitələrindəki  yaxınlıq  səbəbindən 

bə`zən  ədəb  qaydaları  pozulur.  Bə`ziləri  elə  düşünürlər 

ki,  yaxın  rabitələrdə  ədəb  qaydalarını  gözləmək 

səmimiyyətdən uzaqdır. Əslində isə belə deyil. 

Qeyri-münasib,  kobud  sözlərlə  danışıq  hər  şeydən 

öncə  insanın  mə`nəvi  məqamını  aşağı  salır  və  o  əxlaqi 

baxımdan tənəzzül edir. 

Bə`zən  də  xüsusi  məclislərdə  insanlar  əxlaq  və  ədəb 

qaydalarını ayaq altına alıb cinsi məsələlərlə bağlı iffətsiz 

söhbətlər 

edirlər. 

Bə`zən 

xanımların 

da 

xüsusi 


məclislərində  bu  hala  təsadüf  olunur.  Bə`ziləri  bu  sayaq 

söhbətlərə  o  qədər  vərdiş  verirlər  ki,  çirkin  sözlərin 

 

58

işlədilməsi  onlar  üçün  adiləşir.  Hansı  ki,  şəxsiyyətli 



xanımlar heç vaxt belə bir səviyyəyə alçalmırlar. 

Cinsi  münasibətlər  mövzusu  əyləncə  və  zarafat 

mövzusu deyil. 

Təəssüf  ki,  bir  çox  lətifələrin  və  zarafatların  məğzini 

cinsi  münasibətlər  mövzusu  təşkil  edir.  İnsanlar  üçün 

həyat nümunəsi olan ilahi şəxsiyyətlər heç vaxt bu sayaq 

rəftara  yol  verməmişlər.  Həya,  ədəb,  iffət  ölçülərini 

gözləmək  insanın  əxlaqi  süqutunun  qarşısını  alan  bir 

səddir. 


Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin