TÜND XASIYYƏTDƏN ÇƏKINƏK
Zövcələrin xoşbəxtliyinin tə`minində ən tə`sirli
amillərdən biri gözəl əxlaqdır. Dini tə`limlərimizdə də bu
nöqtəyə əsas amil kimi yanaşılmış, tövsiyə edilmişdir ki,
pis əxlaqlı fərdlə izdivac edilməsin. Pis əxlaqlı insan ailə
həyatını səfa-səmimiyyətdən məhrum edir, bə`zən onu
özü və həyat yoldaşı üçün yandırıcı cəhənnəmə döndərir.
Yersiz sərtliklər, danışıq və rəftarda tündlük, güzəşt və
sazişdən uzaqlıq, kin-küdurət və bu kimi digər xasiyyətlər
müştərək həyatı təbii axarından çıxaran amillərdəndir.
Səmavi tə`limlərə əsasən aramlıq və səfa-səmimiyyət
hakim olan evlər Allahın diqqət və mərhəmətindən
bəhrələnir. Mələklər yolunu belə evlərdən salır,
mərhəmət bərəkət və aramlıq gətirir. Bu sayaq həyat
axirətdə behiştlə sonuclanır. Qur`an ayələrinə əsasən
behişt əhli arasında heç bir kin-küdurət və düşmənçilik
yoxdur.
Behiştdə
olanlar
tam
səfa-səmimiyyət
içindədirlər və bu səbəbdən behiştə “darus-səlam”
1
“Cameus-Səadət”, c. 3, s. 380.
62
deyilmişdir. Xoş rəftar, qarşılıqlı anlaşma həm də behişt
əhlinə məxsus sifətlərdəndir və insanın üzünə behişt
qapılarını açır. Çəkişmə, ixtilaf, keşməkeşlər meydanı
olan evin əhli isə cəhənnəm astanasında dayanmışdır.
Belələrində cəhənnəm əhlinin xüsusiyyətləri var. Qur`an
tə`limlərinə əsasən belə fərdlər yırtıcı itlər tək bir-
birlərinə hürməkdədir. Belə evə şeytanın gəliş-gedişi var.
Onlar ilahi rəhmət və bərəkətdən məhrumdurlar. Məşhur
bir rəvayətdə İslam peyğəmbərinin belə buyurduğu nəql
olunur: “İt olan evə mələklər daxil olmaz.” Rəvayətin
zahiri mə`nasına əsasən evdə it saxlamaq olmaz. Amma
rəvayətdən başqa iki mə`na da anlaşılır:
Birinci mə`naya əsasən ev deyərkən insanın qəlbi
nəzərdə tutulmuşdur. Əgər insanın qəlbində tamah,
xəsislik, kin-küdurət, eqoistlik kimi məzəmmət olunmuş
sifətlər varsa, mələklər bu qəlbə daxil olmaz. Belə bir
qəlb şeytan yuvasıdır.
İkinci mə`naya əsasən rəhmət mələkləri çəkişmə,
dava-dalaş, ixtilaf olan evə daxil olmazlar. Belə bir ev
ilahi lütfdən məhrum olduğundan onda ilahi diqqət
əlaməti olan aramlıq, səfa-səmimiyyət tapılmaz. Belə bir
ev daim iztirab qəm-qüssə içindədir.
2
Bir sözlə, belə ev
mə`nəvi bərəkət və xeyirdən uzaqdır. Ona görə də belə
bir ailədə ərlə arvad sağlam və layiqli övlad intizarında
olmamalıdır.
Dostları ilə paylaş: |