63
Həzrət Peyğəmbər (s) buyurdu: “Aram ol və Allahın
işləri haqda qəti söz danışma. O (Məaz) hazırda sıxıntı və
əziyyətdədir.”
Peyğəmbərin bu sözləri ətrafdakıları heyrətə gətirdi.
Onlar bunun səbəbini soruşdular. Həzrət Peyğəmbər (s)
buyurdu: “O öz ailəsi ilə sərt rəftar edirdi.”
Bu əhvalat ailədə pis rəftarın acı nəticələrini göstərir.
Əlbəttə ki, deyilənlər təkcə kişilərə aid deyil. Əgər qadın
da öz əri ilə pis rəftar edərsə, uyğun aqibətlə üzləşər.
Bu məqamda bir nöqtəni də xatırlatmaq faydalı ola
bilər ki, qadınlar fitri və təbii hazırlıq zəminəsinə əsasən
sərt rəftara daha meyillidirlər. Qadın məzəmmət olunmuş
belə bir xüsusiyyətin özünü büruzə verməməsi üçün sə`y
göstərməlidir. Təəssüf ki, bir çox xanımlar bu sahədə
kişiləri ötüb keçmişlər. Onlar öz tünd xasiyyətləri ilə ailə
həyatını həm özləri, həm də ailələri üçün əzaba
çevirmişlər. Sanki fitrətən qadın batinində əmanət
qoyulmuş duyumlar səmərəsiz qalmışdır. Olsun ki, bə`zi
qadınlar fitrətlərindəki mərhəmət sərmayəsini tədricən
itirmiş, psixoloji xəstəliyə tutulmuşlar. Əslində qadının
fitrətindəki
mərhəmət
hissi
onu
mehribanlığa,
fədakarlığa, mülayimliyə çağırır. Qadında bu sayaq
müsbət xüsusiyyətlərin təzahürü təbii bir işdir.
Qadın üçün hər şeydən önəmli odur ki, öz daxili
dəyərlərini tanısın, agahlıq və bəsirətlə onları qorumağa
çalışsın.
Dostları ilə paylaş: