Profil dgn


“Qeyrətli  insan  heç  vaxt  zina  etmir.”



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə74/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   70   71   72   73   74   75   76   77   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

“Qeyrətli  insan  heç  vaxt  zina  etmir.”  Digər  tərəfdən, 

şəhvət  hisslərini  başına  buraxan  insanda  iffət,  təqva  və 

əxlaqi  keyfiyyətlər  zəifləyir,  qeyrət  də  sair  kamilliklər 

kimi  süquta  uğrayır.  Belə  bir  vaxtda  kişi  başqalarının 

onun  qadınından  ləzzət  almasına  adi  baxır.  Bə`zən  isə 

belə bir haldan ləzzət alır.

33

 

                                                 



31

 Mürtəza Mütəhhəri, “İslamda qadın haqları”, s. 202. 

32

 Mürtəza Mütəhhəri, “Hicab məsələsi”, c. 54. 



33

 “Hicab məsələsi”, s. 46. 




 

95

ÇIRKIN BAXIŞLAR 

Qadın  iffət  və  həya  yolunu  seçməli,  biganə  kişiləri 

cəzb  etməməlidir.  Kişi  də  öz  həyat  yoldaşına  baxmaqla 

kifayətlənməli, biganə qadınlardan gözünü çəkməlidir. 

Kişilərin  çirkin  baxışları  qadınlarda  özünü  göstərmək 

hissini  gücləndirir.  Demək,  qadın  və  kişi  rabitələri 

birtərəfli yox, qarşılıqlıdır. 

Yə`ni həm qadın özünü göstərməkdən çəkinməli, həm 

kişi  öz  gözünü  qorumalıdır.  Əgər  hər  iki  tərəf  sə`y 

göstərməsə və kişi bu məs`uliyyəti qadının çiyninə qoysa, 

ailə rabitələrində problem qaçılmazdır. 

Öz  qəlbinə  və  gözünə  nəzarət  etməyən  kişilər  ilkin 

olaraq eşq və səmimiyyət ləzzətini itirirlər. 

Başqalarına  nəzər  salmaq  kişinin  qəlbini  öz  həyat 

yoldaşına qarşı soyudur, nəticədə qadının arxayınlıq hissi 

aradan  götürülür.  Bu  halda  qadın  daim  ərinin 

vəfasızlığından nigaran qalır. 

Bə`zi rəvayətlərdə naməhrəmə baxış şeytan tərəfindən 

atılmış  ox  kimi  təqdim  olunur.  Bu  tə`bir  naməhrəmə 

baxışın  təhlükələrindən  danışır.  İnsan  bu  səhnələri  nə 

qədər  seyr  etsə  də,  onun  gözü  doymur.  Əlbəttə  ki, 

nəticədə qəlb də gözün ardınca gedir. 

 

Göz hara baxırsa–könül yanında, 



Baxış bir kəmənddir könül boynunda. 

 

Kişilər  arasında  bu  sayaq  büdrəmələrin  artması  pak 

qadınlar  üçün  mühitdə  sıxıntı  yaradır.  Belə  bir 

cəmiyyətdə  qadın  hara  gedirsə,  kişinin  çirkin  baxışlarını 

hiss edir. Pak qadınlar üçün belə bir hal çox əziyyətlidir. 

Qadının  öz  iffət  və  həyasını,  kişinin  öz  baxışlarını 

qoruması  bir  pul  sikkəsinin  iki  üzü  kimi  qarşılıqlı 

rabitədə hakim olmalıdır. 

 

96


Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin