Fatimeyi Zəhra (ə) buyurub: “Əbu Bəkr mənim (Fədəkdəki) iĢçilərimi iĢdən çıxardıb,
Əbu Bəkr: “Mən müsəlmanların xəlifəsiyəm. Fədək də xəlifənin əlində olmalıdır.”
Qazi: “Peyğəmbər (s) öz vəfatından qabaq Fədəki Fatiməyə veribdir. Ġndi də Fədək
40
onun ixtiyarındadır. Onun iĢçiləri orada iĢləyirdilər. Sənin, onun iddiasının əsassız
olmasına tutarlı dəlil-sübutun varsa deməlisən. Nəinki, onun iĢçilərini zorla oradan
çıxardıb, öz iĢçilərini ora qoyasan və Fədəki qəsb edəsən!”
Əbu Bəkr: “Mən Peyğəmbərin belə dediyini eĢitmiĢəm: “Biz özümüzdən sonra irs
qoymuruq, bizdən sonra qalanlar isə sədəqədir, Peyğəmbər övladlarının hamısı ondan
istifadə edə bilərlər.”
Qazi: Bu irs deyil, əgər Fədək irs olsaydı, Fatimə Peyğəmbərdən sonra ona sahib
olmalı idi. Halbuki, Fədək Peyğəmbərin sağlığında Fatimənin ixtiyarında idi. Sənin onun
iĢçilərini qovmağın da buna dəlildir. (Bunu bildirir ki, Fədək əvvəldən də Fatimənin idi.)
Digər tərəfdən də sənin dəlilin Quranla müxalifdir. “Quran buyurur: “Peyğəmbərlər bir-
birlərindən irs aparırlar.” Onda sən hansı əsasla iddia edirsən ki, Peyğəmbər özündən
sonra irs qoymur?”
Əbu Bəkr susdu və cavab verə bilmədi.
Qazi: “Nə üçün ondan Ģahid istədiniz? Məgər bilmirsən ki, malı öz əlində olan
Ģəxsdən Ģahid istəməzlər? Bir kəs baĢqasının ixtiyarında olan bir Ģeyi özü üçün iddia etsə,
Ģahid gətirməlidir. Mal sahibinin əleyhinə Ģikayət etmək üçün qəti və yetərli dəlil
lazımdır. Sənin dəlilin nədir?”
Əbu Bəkr: “Camaat məni Peyğəmbərin xəli-fəsi seçib. Fədək məhsuldar və bərəkətli
yer olduğu üçün biz onun gəlirini öz iĢçilərimizə veririk. Çünki, Peyğəmbər də öz
zamanında belə edirdi. Peyğəmbərin əməl etdiyi Ģeyi, mən heç vaxt tərk
etməyəcəyəm.”137
Qazi: “Zəhra (ə) iddia edib deyir ki, Peyğəmbər (s) “Və ati zəl-qurba həqqəhu” (yəni:
ey Peyğəmbər, öz yaxınlarının haqqını ver) ayəsinin hökmünə əsasən Fədəki mənə bağıĢ-
layıb. Bu ayənin hökmünə əsasən də, Peyğəmbər öz sağlığında Fədəki Zəhraya
bağıĢladı.”
Əbu Bəkr: “Peyğəmbərin qızı, atasının Fədəki ona bağıĢladığını isbat etmək üçün
Ģahid gətirsin!”
Qazi: Fatimə deyir ki, mən Ģahid gətir-miĢdim, ancaq siz onların sözünü qəbul
etməmisiniz. Siz Əli və Ümmü Əymən kimi behiĢt əhlindən olanların Ģahidliyini qəbul
etməmisiniz. Digər tərəfdən də, məgər Zəhra yalan deyirmi ki, sən ondan Ģahid
istəyirsən?”
Əbu Bəkr: “Əgər buna ehtimal verməsəydim, Ģahid istəməzdim.”
Qazi: Allah-taala Fatimənin Ģə”nində belə buyurub:
“Allahın iradəsi bu olmuĢdur ki, yalnız siz Əhli-beytdən hər növ aludəliyi aradan
qaldır-sın və sizi pak-pakizə qərar versin.”138
“Mübahilə ayəsində isə belə buyurub:
“Gəlin bizim də övladlarımızı, sizin də övladlarınızı; bizim də qadınlarımızı, sizin də
qadınlarınızı, bizim də canlarımızı, sizin də canlarınızı (yəni ən əziz adamla-rımızı)
çağırıb Allah dərgahında yalançını lənətləyək.”139
Üçüncü ayədə də belə buyurub:
137
“Səhihi-Buxari”, 4-cü cild, səh.96
138
“Əhzab” surəsi, 33-cü ayə.
139
“Ali-Ġmran” surəsi, 61-ci ayə.
41
“Ey Peyğəmbər! Ümmətə de ki: “mən bu risalətim (və sizi düz yola hidayət etdiyim)
üçün sizdən, ən yaxın adamlarıma məhəbbət bəsləməkdən baĢqa bir əvəz istəmirəm.”140
Dünyada Peyğəmbərə Zəhradan yaxın olan bir Ģəxs varmı? Allah-taala birinci ayədə
Fatimənin həm ruhi, həm də cismi cəhətdən pak və pakizə olmasına Ģəhadət verir. Ġkinci
ayədə Zəhranı Peyğəmbər ailəsindən olan pak və əzəmətli bir xanım hesab edir. Üçüncü
ayədə onu Peyğəmbərin ən yaxın adamlarından sayır. Allahın pak-pakizə bildiyi bir
qadını yalançı adlandırıb ondan Ģahid istəməyiniz düzgün-dürmü? ġahidi, sözlərində
yalan olması ehti-malı verilən Ģəxsdən istəyərlər! Siz Fatiməni yalançı hesab edirsiniz?”
Əbu Bəkr: “ġahid istəməyin mənası nədir?”
Qazi: “Maidə” surəsinin 44, 45 və 47-ci ayələrinə istinadən ədalətli mühakiməni
münsiflər hey”ətinə həvalə edirik.
“Hər kim Allahın nazil etdiklərinə uyğun olaraq hökm etməsə kafirdir. Hər kim
Allahın nazil etdiklərinə əsasən hökm verməsə, sitəmkar və zülmkardır. Hər kim Allahın
göndərdiyi hökmlər əsasında hökm etməsə, fasiqdir.”
Ey dünyanın azad fikirli insanları! Allah-taala Fatimə (ə)-ı bütün zahiri və batini
pisliklərdən, günahlardan paklaĢdırıb və onun paklığına hökm verib. Əbu Bəkr isə Allah
hökmünün ziddinə hökm çıxarır. Bütün bunlara əsasən, hökm yalnız Allahın bu üç ayədə
buyurduğu hökm deyilmi?!”
Dostları ilə paylaş: