Duyğular haqqında anlayış


D u y ğ u l a r ı n   t ə s n i f a t ı



Yüklə 249,32 Kb.
Pdf görüntüsü
səhifə4/19
tarix01.01.2022
ölçüsü249,32 Kb.
#106542
1   2   3   4   5   6   7   8   9   ...   19
Mövzu.4 İdrak proseslərinin ümumi xarakteristikası. Duyğular

           D u y ğ u l a r ı n   t ə s n i f a t ı  

 

Müasir psixologiyada duyğuların təsnifatını müxtəlif prinsiplər əsasında aparırlar. 



Bunlardan  biri  duyğuları  reseptorların  yerləşməsnə  görə  təsnif  etməkdən  ibarətdir. 

Müasir  fizioloji  və  psixoloji  ədəbiyyatda  reseptorları  üç  qrupda  birləşdirirlər: 

ekstreoseptorlar, intreoseptorlar, proprioseptorlar.  

Ekstreoseptorlar  bədənin  xarici  səthində  yerləşir.  Ekstreoseptorların  yaratdığı 



duyğular da ekstreoseptiv və yaxud xarici duyğular adlanır. Bunlara görmə, eşitmə, 

iybilmədadbilmə və dəri duyğuları daxildir. 

İkinci qrup reseptorlar daxili üzvlərin səthində selikli qişasında yerləşir. Bunlara 

isə intreoseptorlar deyilir. İntreoseptorların yaratdığı duyğular intreoseptiv və ya daxili 

duyğular adlanır. Üzvü duyğular bu reseptorlarla bağlı olan duyğulardır. 

Nəhayət  üçüncü  qrup  reseptorlar  əzələlərdə,  oynaqlarda,  onları  birləşdirən 

vətərlərdə  yerləşir.  Bunları  isə  proprioseptorlar  adlandırırlar.  Bu  reseptorlarla  bağlı 

olan duyğular proprioseptiv duyğular adlanır. Hərəkət duyğusu və müvazinət duyğuları 

bu bölgəyə daxildir. 

Duyğuların  reseptorların  bilavasitə  qıcıqlandırıcılarla  təmasından  asılı  olaraq 




 

 

 



 

kontakt və distant  duyğulara da ayırırlar. Bu baxımdan eksteroseptiv duyğular iki cür 



olur: 

1) kontakt duyğular. Dad və dəri duyğusu kontakt duyğulardır. Bu duyğular 

qıcıqlandırıcının duyğu orqanlarına bilavasitə təsiri zamanı əmələ gəlir. 

2) distant duyğular. Bunlara görmə, eşitmə və iybilmə duyğularını aid etmək olar. 

Bu duyğuların əmələ gəlməsi üçün qıcıqlandırıcının müəyyən məsafədən təsir etməsi 

kifayətdir. 

 Bu təsnifata uyğun olaraq duyğuların ayrı- ayrı növlərini qısaca nəzərdən keçirək. 

Görmə duyğusu. Bu duyğu rənglərin və işığın inikasından ibarətdir. Biz iki cür 

rəngi duyuruq: xromatik və axromatik. Xromatik rənglər boyalı rənglər olub spektrin 

bütün rənglərini əhatə edir. Xromatik rəngləri görmə duyğusu 380 milli mikrodan 780 

milli mikrona  qədər  uzunluqda  olan  elektromaqnit  dalğalarının  görmə  üzvünə,  gözə 

təsiri  zamanı  əmələ  gəlir.  Ən  qısa  elektromaqnit  dalğasında  bənövşəyi,  ən  uzun 

elektromaqnit dalğasında isə qırmızı rəngi duyuruq. Hansı uzunluqda olan dalğa hansı 

rəngi yaradır? Bunu aşağıdakı cədvəldən görə bilərik: 

          

Dalğanın uzunluğu 


Yüklə 249,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin