1
MÖVZU 1. “Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri”
fənninin predmeti, vəzifələri və məqsədi. Dövlət və onun
funksiyaları
1.1. Fənnin predmeti, vəzifələri və məqsədləri
1.2. Dövlət anlayışı
1.3. Dövlətin mənşəyi və əsas əlamətləri
1.4. Dövlətin tipləri
1.5. Dövlətin əsas funksiyaları
1.1. Fənnin predmeti, vəzifələri və məqsədləri
Dövlət və bələdiyyə idarəetməsi yeni elm sahəsi olmaqla
predmeti əsasən
dövlət, hakimiyyət, siyasət, iqtisadiyyat, idarəetmə, cəmiyyət, sosial münasibətlər
və hüququn qarşılıqlı vəhdətindən əmələ gəlir. Predmetin obyekti cəmiyyətin
iqtisadi-təsərrüfatçılıq , sosial-mədəni, sosial-iqtisadi, siyasi-hüquqi fəaliyyət
sahələridir.
Tədris olunan bu fənnin predmetini və obyekti müəyyənləşdirərkən Dövlət
idarəçilik nəzəriyyəsi və bələdiyyə idarəçiliyi nəzəriyyəsi elmlərinin fəaliyyət
sahələri müəyyənləşdirilməli və müasir idarəetmə sahəsində bir-birini tamamlayan
idarəetmə sahələrinə kompleks yanaşma sərgiləmək vacib şərtdir.
Dövlətin siyasi idarəetmə sahəsində fəaliyyəti ictimai münasibətlərin və
insanların davranışının hüquqi tənzimlənməsi ilə sıx bağlıdır. Burdan da dövlət
idarəçilik nəzəriyyəsinin hüquqi aspekti meydana çıxır. Dövlət idarəçiliyinin sosial
aspektləri nəzərə alındıqda bu fəaliyyətin insanla və insanların sosial mənafeyi ilə
bağlı olduğu meydana çıxır.
Dövlət idarəçiliyi insanla və insanların sosial mənafeyi ilə bağlı olduğundan
dövlət idarəçiliyinin sosial aspektinin də nəzərə alınması vacibdir. Beləliklə, dövlət
idarəetməsi bütövlikdə dövlətlə insanlar arasında siyasi- hüquqi, sosial fəaliyyət və
münasibətlər sahəsidir. Dövlət idarəçiliyi anlayışı özündə siyasi, sosial və hüquqi
əlamətləri olan hadisə və prosesləri xarakteriza edir.
Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası
demokratik dövlət quruculuğu prosesində bütün sahələrdə olduğu kimi dövlət
idarəetmə sahəsində də əsaslı islahatlar həyata keçirilmiş, mərkəzi hakimiyyətim
əksmərkəzləşməsi nəticəsində onların bir çox səlahiyyətləri regional və yerli
hakimiyyətlərə ötürülməsi təmin edilmişdir. Beləliklə də vətəndaş cəmiyyətin
bərqərar olması üçün və vətəndaşların idarəetmədə iştirak etmək kimi konstituon