101
onun təkmilləşdirilməsi
Bələdiyyələrin fəaliyyətinə dövlət nəzarəti əsasən inzibati nəzarət
formasında həyata keçirilir. Inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsasları
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilir.
Əsas məqsəd bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri
tərəfindən AR-ın Konstitusiyasına, AR-sı Prezidentinin fərmanlarına və AR-sı
Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr
tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldarılmasıdır.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi həyata keçirir.
İnzibati nəzarətin həyata keçirilməsinin şərtləri
Bələdiyyələrin
fəaliyyətinə
inzibati
nəzarət
yalnız
Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş qaydada və
qanunçuluğa əməl olanması baxımından həyata keçirilə bilər.
İnzibati nəzarət bələdiyyələrin inzibati ərazisində yerli əhəmiyyətli
məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüquqlarını
məhdudləşdıra bilməz.
Dostları ilə paylaş: