Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri


 İnzibati nəzarətın həyata keçirilməsinin əsasları



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə101/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   97   98   99   100   101   102   103   104   ...   152
YourFileName

 
9.4. İnzibati nəzarətın həyata keçirilməsinin əsasları 
 
                     İnzibati nəzarətin həyata keçirilməsi qaydası 
           Bələdiyyələrin  fəaliyyətinə  inzibati  nəzarətin  icraatına  başlanması  üçün 
qanunvericiliklə nəzərdə tutulan əsaslar olmalıdır. Bunlar aşağıdakılardır: 
-  Bələdiyyələrin  qəbul  etdikləri  normativ  aktların  mövcud  qanunvericiliyə 
zidd olmaları barədə kifayət qədər əsaslar olduqda; 


102 
 
-  Hüquqi  və  fiziki  şəxslər,yaxud  dövlət  orqanları  tərəfindən  onlarin 
hüquqlarına  və  ya  qanuni  mənafelərinə  bələdiyyə  tərəfindən  zərər 
vurulması barədə müraciət olduqda. 
 
           İnzibati nəzarətin həyata keçirilməsini təmən etmək məqsədilə bələdiyyələr 
qəbul etdikləri normativ aktları 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata 
keçirən  dövlət  orqanına  göndərməlidirlər.Nəzarət  orqanı  daxil  olan  bələdiyyə 
aktlarının mövcud qanunlara uyğunluğunun ekspertizasını keçirtdikdən sonra qanun 
pozuntuları  aşkar  etdikdə  onların  aradan  qaldırılması  üçün  müvafiq  bələdiyyəyə 
tövsiyyə  və  təkliflərini  göndərir.Ümumiləşdirilmiş  təklif  və  tövsiyyələr  bələdiyyə 
iclasında müzakirə olunur və müvafiq qərar qəbul olunur. 
        Bələdiyyələrin  fəaliyyətinə  inzibati  nəzarətə  həyata  kesirən  Azərbaycan 
Respublikası  Ədliyyə  Nazirliyinin  Bələdiyyələrlə  İş  Mərkəzinin    2009-cu  ilin 
yekunlari ilə verdiyi  məlunatda bildirilir ki, il  ərzində inzibati nəzarət qaydasında 
baxılması üçün bələdiyyələr tərəfindən ədliyyə orqanlarına 21383 akt göndərilib . 
Bu  aktlardan  333-ü  ləğv  edilmiş,  87  bələdiyyə  aktınin  ləğvi  üçün  məhkəmələrdə 
iddialar qaldırılmışdır. 
           Ölkədə  bələdiyyə  idarıetməsini  daha  səmərəli  təşklil  etmək  istiqamətində 
müvafiq dövlət orqanları tərəfindən  lazımi tədbirlərin görülməsi davam etdirilir . 
Belə ki, bələdiyyələrə hüquqi və metodik köməkliyin göstərilməsi, bir sıra qanunlara 
əlavə  və  dəyişikliklərin  edilməsi,  yeni  qanunların  qəbul  edilməsi  ,  habelə 
bələdiyyələrin  fəaliyyətinə  inzibati  nəzarətin    daha  da  təkmilləşdirilməsi  nəzərdə 
tutulur. 
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin