Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri


Müracit üzrə həyata keçirilən inzibati nəzarət



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə102/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   98   99   100   101   102   103   104   105   ...   152
YourFileName

                          Müracit üzrə həyata keçirilən inzibati nəzarət 
 
           Bələdiyyə tərəfindən hüquqları və qanuni mənafelərinin pozulduğunu iddia 
edən şəxslər və yaxud dövlət orqanları 6 ay ərzində ərizə ilə inzibati nəzarəti həyata 
keçirən dövlət orqana müraciət edə bilərlər. 


103 
 
           İnzibati  nəzarəti həyata  keçirən  orqan  müraciət daxil  olduğu  andan 15 gün 
müddətində  ,  əlavə  araşdırmalar  tələb  olunarsa  30  gün  müddətində 
baxmalıdır.Müraciətlər araşdırıldıqdan sonra qanun pozuntusu aşkarlanarsa müvafiq 
bələdiyyədə    inzibati  nəzarətin  icraatına  başlayır.  Əks  təqdirdə  müraciətə 
baxmaqdan  imtina  edir  və  bu  barədə  müraciət  edən  şəxsə  və  ya  dövlət  orqanına 
əsaslandırılmış yazılı cavab göndərir. 
           Bələdiyyələrin  fəaliyyəti  (  fəaliyyətsizliyi)      cinayət  məsuliyyəti  yaradirsa 
inzibati  nəzarəti  həyata  keçirən  dövlət  orqanı  materialları  dərhal  Azərbaycan 
Respublikasının Baş Prokurorluğuna göndərməlidir.     
           Bələdiyyələr  tərəfindən  qanun pozuntularinin qarşisini almaq  və bu  sahədə 
dövlət  nəzarətini  gücləndirmək  məqsədilə  “Dqvlət  və  bələdiyyə  əmlakının  və 
vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı 
mübarizənin  gücləndirilməsi  haqqında”Azərbaycan  Respublikasının  Prezidenti  22 
iyun 2009-cu il tarixli Fərman imzalamışdır. 
           Respublikada  bələdiyyələrin  10  illik  fəaliyyəti  müddətində  AR-sı  Ədliyyə 
Nazirliyi  tərəfindən  inzibati  nəzarətin  həyata  kecirməsi  nəticəsində  bir  cox 
bələdiyyələrin  fəaliyyətində  qanun  pozuntuları  aşkarlanaraq  müvafiq  tədbirlər 
görülməsi  üçün    onlar  barəsində  lazımi  sənədlər  prakurorluq  orqanlarına  təqdim 
olunmuşdur.  Respublikanın  əksər  bələdiyyələrinə  isə  fəaliyyətlərini  mövcud 
qanunvericiliyin  tələbləri  səviyyəsində  qurmaq  məqsədilə    tövsiyyə  və  təklif 
məktubları göndərilmişdir. 
           Respublikada  bələdiyyələrin  fəaliyyətinə  ictimai  və  dövlət  nəzarətinin 
sistemli  və  ardıcıl  şəkildə  həyata  keçirilməsi  bələdiyyə  idarəetməsinin    milli 
qanunvericiliyin tələblərinə uyğun şəkildə daha  səmərəli təşkilinə və son nəticədə 
ölkədə yerli  özünüidarəetmə institunun inkişaf etdirilməsinə xidmət edir.    
 
               
 
 
 


104 
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin