Yerli sosial müdafiə və sosial inkişaf proqramları. Yerli sosial müdafiə və
sosial inkişaf proqramlannda məqsəd dövlətin həyata kecirdİ
3d sosial inkişaf
proqramlannda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial
inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar məktəblərdə tərbiyə, təhsil,
səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalannm saxlamiması və istifadə
edilməsi, sanitariya müəssisələrinin təşkili, saxlanılması və linkişafı, mənzil
tikintisi, yerfi əhəmiyyətli su mənbələrindən istifadə, su-.təchizatın və kanalizasiya
təsərrüfatının təşkili, saxlamiması və inkişafı, yanacaq təchizinin və satışımn təşkili,
yerli əhəmiyyətli yollann tikilməsi və saxlanılması, mərasim xidmətlərinin təşkili və
qəbiristanlıqlann qorunması, yerli nəqliyyat və rabitə xidmətimn təşkili, ticarət,
ictimai sırası və məişət xidmətinin təşkilinə şərait yaradılması, mədəniyyət
müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin
saxlanılması, informasiya xidmətinin təşkili, kütləvi informasiya vasitələrinin
fəaliyyəti üçün şərait yaradılması, kimsəsizlərə, xəstələrə, qocalara, maddi
imkansızlara, valideyin himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara
əlavə yardım, fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin
məşğulluğuna, adamlann peşələri üzrə işlə təmin olunmasına kömək göstərilməsi və
yerli infrastrukturun digər sahələrim əhatə edə bilər.
Yerli sosial müdafiə proqramlan bələdiyyə tərəfindən müəyyən edilən
vətəndaşlar kateqoriyasına dövlət sosial təminatından əlavə sosial təminatlar
müəyyən edir. Həmin təminatlar mütəmadi və birdəfəlik ola bilər.
j Yerli sosial müdafiə və sosial inkişaf proqramlarım həyata keçirərkən
bələdiyyələr bu maddənin yuxarıda göstərilən məsələlər üzrə dövlət orqanlarının
müvafiq proqramlarının həyata keçirilməsinə müdaxilə edə bilməzlər.