129
vurulmuş zərərin əvəzini müvafiq dövlət orqanları və ya bələdiyyələr
ödəməlidirlər.
AR-sı MPM-nin 297.1-ci maddəsində yerli özünüidarə orqanlarının və
onların vəzifəli şəxslərinin məhkəmədə baxılmalı olan qərarlarının və
hərəkətlərinin ( hərəkətsizliyinin ) əlamətləri sadalanır. Belə ki, təkbaşına və ya
kollegial qaydada qəbul edilən həmin qərarlar və hərəkətlər ( hərəkətsizlik )
nəticəsində:
• şəxsin hüqüq və azadlıqları pozulmuş olsun;
• şəxsin hüqüq və azdlıqlarını həyata keçirməyə maneçilik yaransın;
• şəxsin üzərinə hər hansı vəzifə qoyulmuş olsun vəya o, qanuna zidd
olaraq məsuliyyətə cəlb edilsin.
Fiziki və hüquqi şəxslərin yerli özünüidarə orqanlarının qərar və
hərəkətlərindən ( hərəkətsizliyindən ) şikayətlərinə xüsusi iddia icraatı qaydasında
baxılmalıdır.
Vətəndaşların hüquqlarının pozulması halları məhkəmə tərəfindən
müəyyən edilərsə məhkəmə şikayətə baxılması nəticəsində bələdiyyə orqanının
qərarının etibarsız hesab edilməsi və həmin qərarın qəbul olunması nəticəsində
maddi zərər vurulubsa həmin zərərin ödənilməsi barədə qətnamə qəbul edir.
Təcrübədə bələdiyyə orqanları bir cox hallarda hüquqi və fiziki şəxslərlə
bağladıqları müqavilələrdən irəli gələn şərtləri pozduqlarına görə məsuliyyət
daşıyırlar. Bələdiyyələrin vətəndaşlara vurduqları maddi zərər bələdiyyə
büdcəsinin vəsaiti hesabına ödənilir. Bələdiyyələr vurduqları zərərin əvəzini
könüllü şəkildə və ya məhkəmə aktı əsasında ödəyirlər.
Qüvvədə olan Mülki qanunvericiliyinin tələblərinə görə, vətəndaşlar şəxsi
qeyri-əmlak hüquqlarının pozulmasına görə həm də mənəvi zərərin
kompensasiyasını tələb etmək ixtiyarına malikdirlər. Bələdiyyə orqanlarının
qanunsuz hərəkətləri ( hərəkətsizliyi ) və ya qərarları fiziki şəxsləri mənəvi
sarsıntılara, iztirablara məruz edilibsə bu halda məhkəmə bələdiyyə orqanlarının
üzərinə onlara mənəvi zərərin əvəzini təşkil edən məbləği ödəmək öhdəliyi qoyur.
Dostları ilə paylaş: