2. Bələdiyyə Sədri – Bələdiyyənin seçkili vəzifəli şəxsidir. “Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən
Bələdiyyı Sədri bələdiyyə orqanları sistemində xüsusi çəkiyə malikdir. Eyni
zamanda həm bələdiyyənin nümayəndəli orqanı olan Bələdiyyə İclasına,həm də
bələdiyyənin icra orqanı olan İcra Aparatına rəhbərlik edən Bələdiyyə sədri
bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin
Sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab
olunur. Bələdiyyə Sədri bir çox vacib kefiyyətlərə malik olmalıdır: liderlik,
təşkilatçılıq və idarəetmə bacarığı, təşəbbüskarlıq, insanların marağını cəlb etmək
və “komanda” yaratmaq bacarığı və s. . Bələdiyyə Sədri yaxşı idarəedici kimi carı
və perspektiv vəzifələri uzlaşdırmağı bacarmalı, nümayəndəli orqanla bələdiyyənin
icra orqanı arasında işgüzar əlaqələrin qurulmasına nail olmalı, bələdiyyə orqanları
sisteminin bütün elementlərinin qarşılıqlı səmərəli fəaliyyətini həyata keçirməlidir.
O, bələdiyyə əhalisi arasında böyük nüfuza malik olmalı , onları narahat edən yerli
məsələlərin həlli istiqamətində müvafiq qərarların qəbul edilərək icrasını vaxtında
təmin etməli və nəticədə yerli əhalinin mütləq etimadını qazanmalıdır.