3. Bələdiyyənin icra orqanı (BİO). Bələdiyyənin icra orqanı onun İcra
Aparatıdır. İcra aparatı bələdiyyənin sədrindən və onun bələdiyyənin nizamnaməsi
ilə müəyyənləşdirilmiş qaydada formalaşdırdığı struktur bölmələrindən və digər
icra strukturlarından ibarətdir.
Bələdiyyənin icra aparıtının fəaliyyətinə Bələdiyyənin Sədri rəhbərlik edir.
Ehtiyac olduqda Bələdiyyə Sədrinin müavinləri seçilir. Bələdiyyənin Sədr müvinləri
bələdiyyə üzvlərinin sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilirlər.
Bələdiyyə Sədrinin müavinləri bələdiyyə sədrinin onlara aid etdiyi məsələləri həll
edirlər, bələdiyyə sədri olmadıqda müavinlərdən biri sədrin səlahiyyətlərini həyata
keçirir.