133
Respublikamızda yerli özünüidarəetmənin təşkilinin birbaşa və dolayı formaları
Konstitusiya səviyyəsində təsbit edilmişdir. Hər bir ölkədə yerli özünüidarəetmənin
həyata keçirilməsi onun təşkilati əsaslarının (icraedici, qərarverici və s.) orqan-
larının yaradılması ilə sıx bağlıdır. Yerli özünüidarəetmə institutu kimi onun "həyata
keçirilməsi" və "təşkilati əsasları" terminləri də Azərbaycan dövlətşünaslığı üçün
yenidir. Bu anlayışların məzmununa və həcminə tam olaraq nələrin daxil olduğu
haqqında beynəlxalq təcrübədə yekdil fikir formalaşdırılmamışdır. Lakin əksəriyyət
yerli özünüidarəetmənin təşkilati əsasları dedikdə aşağıdakıların başa düşülməsini
təklif edir.
1. Yerli özünüidarəetmə orqanları və onların strukturunu;
2. Yerli özünüidarəetmə orqanlarının fəaliyyət forma, qayda və prinsiplərini;
3. Yerli özünüidarəetmə (bələdiyyə)
xidmətlərinin təşkilini;
4. Yerli özünüidarəetmənin həyata keçirilməsinin birbaşa formaları və
onların reallaşdırma prosedurunu.
Dünya təcrübəsində Bələdiyyə orqanlarının aşağıdakı yayılmış strukturu
mövcuddur.
• Bələdiyyələrin seçkili (nümayəndəli) orqanı. (NO)
Bələdiyyə üzvləri
əhali tərəfindən seçilir və əhalinin maraqlarını ifadə edir. Nümayəndəli
orqanın müxtəlif adı ola bilər: duma, şura, yığıncaq, iclas və.s
• Bələdiyyə başcısı – Bələdiyyənin ali vəzifəli şəxsi – Mer
• Bələdiyyə qulluqçularından ibarət olan icra aparatı – İA
Bu orqanlar arasında səlahiyyət bölgüsü və qarşılıqlı əlaqə müxtəlif ola bilər.
Dostları ilə paylaş: