Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə122/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   118   119   120   121   122   123   124   125   ...   152
YourFileName

11.5.   Şura - menecer modeli  
   
Şura  -  menecer  modelinə  görə  şura  əmək  müqaviləsinə  əsasən  peşəkar 
idarəçini (meneceri) işə qəbul edir və bələdiyyə təsərüffatının idarə olunmasını ona 
həvalə edilir. Menecer şura qarşısında hesabat verir. 
   
Məsəslən  hazırda  ABŞ-da  qraflıqların  idarə  olunması  üzrə  şuraların  işinin 
təşkilinin formaların biri kimi Şura - menecer modeli əsasən, şəhərliləşmiş, ümumi 
əhalisi 70 milyon olan 550 qraflıqda tətbiq olunur. Qraflıqlar şurası qraflığın inzibati 
aparatına  başçılıq  etmək  üçün  inzibatçı  təyin  edir.  QŞ  ən  mühüm  məsələlər  üzrə 
qərarlar  qəbul  edir,  vergilər  qoyur  və  təxsisatları  təsdiq  edir.  İnzibatçı  qraflıqlar 
şurasının  qərarlarını  həyata  keçirir,  qraflığın  icraedici  orqanlarının  və  müxtəlif 
xidmətlərinin  rəhbərlərini  təyin  edir,  onların  fəaliyyətinə  nəzarət  edir,  qraflığın 
büdcə layihəsinin hazırlığına başçılıq edir. Bu forma mütəxəssis rəisi inzibati aparata 
rəhbər təyin etməyə və qraflığın idarə olunmasını mərkəzləşdirməyə imkan verir. 
Şura  -  menecer  modeli  ABŞ  şəhərlərinin  40  faizində  tətbiq  olunur  ki, 
bunların çoxu orta ölçülü şəhərlərdir. Şura peşəkar inzibatçı tutur və şəhərin idarə 
olunması siyasətini müəyyən edir, inzibatçı isə bu siyasəti həyata keçirir. Şura bu 
cür inzibatçını istənilən vaxt işə götürə və işdən çıxara bilər. 
Amerika  politoloqlarının  fikrincə,buidarəetmə  formasının  üstünlüyü  ond
an  ibarətdir ki, şəhər  idarəsi  inzibati  aparatının  başında  peşəkar  inzibatçı durur. 
Belə 
ki, 
mer  vəzifəsinə  seçilməyə  nailolmuşxadimlərinçoxuşəhəri  idarə  etmək  sahəsind
ə  mütəxəssis  deyildir. 
Adətən  inzibatçılar  universitetlərin  xüsusi  fakültələrində  müvafiq  hazırlıq 
keçirlər.  Onlara  korporasiya  rəhbərlərinin  əmək  haqqı  ilə  müqayisə  edilə  biləcək 
yüksək maaş verirlər. Onlar şöbə və xidmətlərə rəhbərlik üçün ixtisaslı peşəkarları 
seçir, onlar da öz növbələrində öz şöbələrinə mütəxəssisləri götürürlər. Bu da bütün 
aparatın səmərəli işləməsinə səbəb olur. 
   
Beləliklə,  
•  Üstünlükləri: 


136 
 
- Bu model YÖİ orqanlarının fəaliyyətinin effektiv təşkilinə xidmət edir. 
•  Nöqsanları: 
- Əhali  peşəkar  menecer  tərəfindən  həyata  keçirilən  siyasətə  təsir  etmək 
imkanlarından məhrumdur. 
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin