İdarəetmə informasiyası – sosial informasiyanın bir hissəsi olub dövlət və
bələdiyyə idarəetmə proseslərində idarəedici təsirlərin formalaşdırılması və
reallaşdırılmasında istifadə olunmaq üçün yararlı olması baxımından ümumi
informasiya massivindən götürülmüş informasiyadır.
İdarəetmə informasiyaları hansı mənbələrdən əldə olunmasından və
daşıyıcısının kimliyindən asılı olmayaraq aşağıdakı kimi bir sıra tələblərə cavab
verməlidir:
• Idarəetmə informasiyası aktual olmalıdır
• Informasiya etibarlı olmalıdır
• Informasiya kifayətedici olmalıdır
• Informasiya əlçatan olmalıdır
• Informasiya dəqiq və oxunaqlı olmalıdır.