Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri


 Bələdiyyə idarəçiliyində informasiya təminatı



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə133/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   129   130   131   132   133   134   135   136   ...   152
YourFileName

 
13.2. Bələdiyyə idarəçiliyində informasiya təminatı 
Dövlət  və  bələdiyyə  idarəetmə  qərarlarının  qəbulu  üçün  aşağıdakı 
məlumatları özündə saxlayan  informasiya tələb olunur: 
▪  Idarə olunan obyektin məqsəd və vəzifələri 


159 
 
▪  Fəaliyyət meyarları və obyektin idarəolunanlıq sərhədləri 
▪  Obyektin  fəaliyyət  mexanizmləri.  Qanunauyğunluqları  və  inkişaf 
meyilləri 
▪  Təşkilatın fəaliyyət şərtlərinin mümkün dəyişmələri 
▪  Alternativ fəaliyyət strategiyaları 
▪  Mümkün həll alternativləri 
▪  Alternativlərin reallaşdırılmasının nəticələri 
▪  Ən yaxşı alternativin seçilmə mexanizmi 
 
Dövlət  və  bələdiyyə  idarəetməsinin  informasiya  təminatının  əsasını 
informasiya  resursları  təşkil  edir.  Buna  görə  də  dövlət  və  bələdiyyə  idarəetmə 
orqanlarının  informasiya  resursları  ilə  təmin  edəcək  informasiya  sistemlərinin 
işlənib hazırlanması mühüm əhəmiyyət kəsb edir. Informasiya axınlarının müasir 
vəziyyətində  bu məsələnin səmərəli həllini informasiya sistemlərindən, hesablama 
texnikası vasitələri və yeni informasiya texnologiyalarından istifadə etmədən təmin 
etmək mümkün deyildir. 
 
Dövlət  və  bələdiyyə  idarəetməsində  yeni  informasiya-komunikasiya 
texnologiyalardan    (İKT)  istifadə  edilməsi  idarəetmə  proseslərinin  xarakterinə  və 
onun həyata keçirilməsinin təşkilati formalarına mühüm təsir göstərir. 
 
İKT-dən  istifadə  etməklə  dövlət  hakimiyyət  orqanlarının  və  yerli 
özünüidarəetmə  orqanlarının  fəaliyyətinin  təkmilləşdirilməsi  və  onların 
fəaliyyətində şəffaflıgın və aşkarlığın təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda  
dövlət və yerli özünüidarəetmə orqanları ilə vətəndaşlar arasında səmərəli qarşılıqlı 
fəaliyyət üçün şərait yaradılır və əhaliyə elektron xidmətlərin göstərilməsi məsələləri 
öz həllini tapmış olur. 
 
           Beynəlxalq    təcrübə    göstərir    ki,    informasiya    texnologiyalarından  
geniş  istifadə  olunması  ölkənin  hərtərəfli  inkişafına  xidmət  edir  və  məhz  bu  
texnologiyalar  əhalinin  sosial–iqtisadi  vəziyyətində  mövcud  problemlərin  həll  
olunması  və  yoxsulluğun  azaldılması  üçün  tutarlı  vasitələrdir.   


160 
 
         Azərbaycan    Respublikasında    da    informasiya    texnologiyalarının    tətbiqi  
sahəsində  ciddi  tədbirlər  görülmüş,  bu  sahədə  bir  sıra  qanunlar  və  dövlət  
proqramları  qəbul  edilmiş,  bu  sənədlərdə  dövlət  siyasətinin başlıca  istiqamətləri  
öz  əksini  tapmışdır. 
         Ölkəmizdə informasiya cəmiyyəti quruculuğu Azərbaycan Respublikasının 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin