Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri


 Bələdiyyə idarəçiliyində kadr təminatı və onun təkmilləşdirilməsi



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə139/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   135   136   137   138   139   140   141   142   ...   152
YourFileName

         13.5. Bələdiyyə idarəçiliyində kadr təminatı və onun təkmilləşdirilməsi  
                   məsələləri. 
           Yerli    özünüidarəetmənin    inkişafı    sahəsində    dövlət    siyasətinin    əsas  
məqsədi  ölkədə  bələdiyyələrin  gələcək  inkişafını  təmin  etməkdən,  iqtisadi  və  
sosial  baxımdan  inkişaf  etmiş  demokratik  dövlətin  qurulması  üçün  zəruri  şərt  
kimi  yerli  özünüidarələrin  səmərəliliyinin  yüksəldilməsidir. 


167 
 
            Bu  məqsədlərə  nail  olmaq  ücün  əsas  fəaliyyət  istqamətlərindənm :  
  -        dıvlət  tərəfindən  yerli   özünüidarəetmə  orqanlarının  fəaliyyətinə  elmi –    
            metodiki  və  təşkilati – metodiki  yardımların  göstərilməsi  ; 
-         yerli  özünüidarəetmə  orqanları  üçün  kadrların  hazırlığı,  yenidən  
          Hazırlığı  və  ixtisaslarının  artırılmasının  səmərəli  dövlət  sisteminin  
           yaradılmasıdır. 
         Azərbaycan  Respublikasında   bələdiyyələrin  15  illik   fəaliyyətinin   tədqiqi  
belə    bir    nəticəyə    gəlməyə    əsas    veerir    ki,    respublikada      yeli      özünüidarə  
sisteminin      inkişafı    prosesini      ləngidən    əsas    səbəblərdən  biri    bu    sahədə  
ənənələrin,  elmi  təminatın  və bələdiyyə  idarəçiliyi  sahəsində  kifayət  qədər  
ixtisaslı    kadırların    olmaması    və    bələdiyyə    qulluqçularının    bir    hissəsənin  
peşəkarlığının  aşağı  olmasından  ibarətdir.  Doğrudur , 10  il  ərzində  artıq  yerli  
özünüidarəetmənin    kadr    tərkibinin    səviyyəsi    1999  –  cu  ilə    nisbətən  
nəzərəçarpacaq  dərəcədə  artaraq  yaxşılaşmış,  lakin  bunu  kifayətedici  hesab  
edilməsi  hələ  ki,  çox  tezdir.   
           Respublikada  yerli  özünüidarəetmənin  inkişafı  bələdiyyə  idarəçiliyinin  
yeni  idarəçilik  fəaliyyəti  sferası  və  yeni  peşə  ixtisası  kimi  formalaşdırılır.  
Çünki    yerli    özünüidarəetmə    orqanlarının    bu    gün    qarşılaşdıqları    məsələlər  
dövlət  idarəçiliyində,  istehsal  və  biznes  sahələrinin   idarə  olunmasında  mövcud  
olan  məsələlərdən  əhəmiyyətli  dərəcədə  fərqlənir. Lakin  bələdiyyə  orqanlarında  
çalışan  işçilərin  böyük  əksəriyyəti  məhz  bu  sahələrdə  sovet  dövründən  qalma  
uyğun    prinsiplər    üzrə    işləməyə    öyrəşmiş    insanlardır.    Ona    görə  də  indiki  
şəraitdə  səmərəli  yerli  özünüidarəetmə  sisteminin  formalaşmasında  yaranmış  
vəziyyəti    nəzərə    alaraq      bələdiyyələr    üçün    qabaqlqyıcı    kadr    hazırlığı  
proqramlarının    işlənib    hazırlanmasını    birinci    dərəcəli    məsələ    kimi  
qiymətləndirilməlidir. 
           Bütövlükdə    respublikamızda  ,    demək    olar    ki,    bələdiyyə    qulluğunun  
peşəkarlaşdırılması  problemi    hələlik    tam    həll    olunmamışdır    və    yeni    tip 
mütəxəssislərin    formalaşdırılmasına    istiqamətlənmiş    olan    bələdiyyə  


168 
 
qulluqçularının  peşəkar  hazırlığı  və  ixtisasınınartırılması  sisteminin  yaradılması  
özünün  ilkin  mərhələsindədir. 
           Bələdiyyə    orqanları    üçün    kadr    hazırlığı    sisteminin    yaradılması    hər  
şeydən  əvvəl  bu  kadrların  cavab  verməli  olduğu  yüksək  peşəkarlıq  səviyyəsinə  
tələblərin  formalaşdırılmasını,  bu  səviyyəni  təmin  etməyə  imkan   verən  tədris  
planları  və  hazırlıq  proqramının  olmasını,  tədrisdə   yeni  təlim  metodlarından  
və  texnologiyalardan  istifadə  olunmasını  tələb  edir.   
           Bələdiyyə  idarəçiliyi  üzrə  kadrlar  əsasən  aşağıda  göstərilən  üç  formada  
hazırlanır: 
1. 
Əyani 
2. 
Qiyabi 
3. 
Distant 
 
              Eyni  zamanda bələdiyyə  idarəçiliyi  üzrə  kadrlar üç  səviyyədə  hazırlanır: 
1. 
Birinci  ali  təhsil  
2. 
İkinci  ali  təhsil 
3. 
İxtisasartırma  kursları 
           Tədris    prosesində    təhsil    standartları    balavr,    diplomlu    mütəxəssis    və  
magistr    pillələrindən    ibarət    olan    baza    səviyyəsi    üçün    fənnlər    toplusu  
müəyyənləşdirilməlidir. 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin