Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri


Bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları üçün



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə140/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   136   137   138   139   140   141   142   143   ...   152
YourFileName

             Bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları üçün  
                        ixtisasartırma   kurslarının təşkili  
           Azərbaycan   Respublikasının  Seçki  Məcəlləsi  yasayış  yeri  üzrə  seçiləcək  
bələdiyyə  üzvlərinə  təhsil  səviyyəsi  ilə  bağlı  heç  bir  məhdudiyyət  müəyyən  
etmədiyinə    görə    əksər    hallarda    seçilmiş    bələdiyyə    üzvləri    nəinki    bələdiyyə  
idarəçiliyi    sahəsində    ,   ümumiyyətlə    idarəetmə    sahəsində    təhsili   və    səriştəsi  
olmayan    vətəndaşlardır  .   Amma    ali    təhsili    olmasa    belə    bələdiyyə    üzvü    öz  
konstutsion  səlahiyyətlərini  və   vəzifələrini  yerinə  yetirməyə  borcludur.  Məhz  
bu  nöqteyi – nəzərdən  həm  bələdiyyə  üzvləri, həm  də  bələdiyyə  qulluqçuları   
bələdiyyə  idarəçiliyi  üzrə  təkmilləşdirmə  kurslarında  ixtisasını  artirmali  və  bu  


169 
 
sahədə    ən    zəruri    bilikləri    əldə    edərək      iş    təcrübələrində    tətbiq  etməli  ,    öz  
bələdiyyələrində  idarəetməni  mövcur  qanunvericiliyin  tələblərinə  uyğun  quraraq,  
fəaliyyətlərini  səmərəli   şəkildə  təşkil  etməlidirlər. 
           İxtisasartırma  –  bələıdiyyə    üzvlərinin    və    qulluqçularının    ixtisasının  
artırılması  prosesində  qısamüddətli  kurslar, qiyabi  ali  təhsil,  tematik  seminarlar, 
konfranslar,  təcrübə  mübadiləsi  üzrə  praktiki  məşğələlər  və  s.  kimi  formalardan  
istifadə  edilməsidir.  Fəaliyyətdə  olan  bələdiyyə  qulluqçularının  təcrübü  biliklərin  
daim    yeniləşməsini    tələb    edən    siyasi    və    sosial  –  iqtisadi    proseslərin  
dinamikasını,    bələdiyyə    qulluqçularının    qarşısında    duran    və    onların    hələ  
peşəkarlıqla  həll  etməyə  tam  hazır  olmadığı  konkret  məsələləri  nəzərə  almaqla  
təşkil  olunmalıdır. 
Beləliklə,  yerli  özünüidarəetmə  orqanlarının  fəaliyyətinin  səmərəliliyinin  
artırılması  ilə  bağlı  görülən  işlər  uyğun  ixtisaslı  kadrların  hazırlanmasını,  tədris 
–  metodiki    bazanın      təkmilləşdirilməsini,    maddi    texniki    təminatın  
yaxşılaşdırılmasını  tələb  edır  ki,  bu  məsələlərin  də  həllinə  yalnız  dövlətin  
yardımı  ilə,  bu  sahədə  müəyyənləşdirilmiş  dövlət  siyasətini  reallaşdırmaq  yolu  
ilə  nail  olmaq  mümkündür. 
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin