Dövlətlər hakimiyyətin yaratdığı siyasi rejimlərə görə aşağıdakı kimi
bölünürlər:
• Despotik rejim – bura totalitar, avtoritar və avtokratik rejimlər aid
edilir. Dövlətin siyasi iradəsinin həyata keçirilməsi vasitəsi – zor,
təzyiq, Hər bir insanın fəaliyyəti və davranışı üzərində nəzarət
qoyulmasıdır.
• Liberal rejimdə dövlət hakimiyyəti hər bir insanın hüquq və azadlığını
təmin etməyi qarşısına məqsəd qoyur. Bu rejim əksər vaxt dövlətin
özündən asılı olmayan səbəblərdən siyasi şüar olaraq qalır.
• Demokratik hüquqi rejimin mahiyyəti ondadır ki, hakimiyyət xalqın
ümumi iradəsini ifadə edir, qanunçuluğu qoruyur. Bütün dünya ölkələri
bu rejimin qurulmasına can atırlar.