11
Cəmiyyətin sosial strukturunun dəyişməsi, dövlət qayğısına ehtiyagı olan
əhalinin, yaşlı insanların xüsusi çəkisinin artması, sosial bərabərliyin dərinləşməsi
nəticəsində dövlət məcburyyət qarşısında qalır ki, maddi nemətlərin bölgüsünə və
yenidən bölgüsünə diqqət yetirsin, əhalinin azgəlirli təbəqəsinə qayğı göstərsin.
Dövlətin cəmiyyət həyatına müdaxiləsinin genişlənməsində onun maliyyə
imkanlarının, ümumi daxili məhsulda dövlət gəlirləri və xərclərinin xüsusi
çəkisinin artması da mühüm rol oynayır.
Yuxarıda qeyd olunanlar belə bir mühüm nəticəni təsdiq etməyə imkan verir
ki, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı tənzimləyiciləri hələlik bu cəmiyyətdə
ortaya çıxan aşağıdakı çoxsaylı sosial, iqtisadi, siyasi və digər problemlərin həllini
təmin edə bilmirlər. Bütün bunlar dövləti məcburiyyət qarşısında qoyur ki,
cəmiyyət həyatının müxtəlif sahələrinə təşkiledici və tənzimləyici təsir göstərsin.
Bu səbəblərdən də müasir dövrdə dövlətin cəmiyyət həyatının müxtəlif sahələrinə
müdaxiləsi genişlənir.
Dostları ilə paylaş: