Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri


 Azərbaycanda regionl idarəetmənin təşkilati qurluşu



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə23/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   19   20   21   22   23   24   25   26   ...   152
YourFileName

 
2.5.  Azərbaycanda regionl idarəetmənin təşkilati qurluşu 
 
 Azərbaycan  Respublikasında  regional  idarəetmənin  təşkilati  quruluşunun 
formalaşdırmaqla və   regionların idarəedilməsinin məqsəd və vəzifələrini müəyyən 
etməklə  regional iqtisadiyyatın inkişafına nail olmaq mümkündür. 
Respublikada regionların ərazi idarəetmə orqanlarının quruluşu, bu quruluşun 
hüquq  və  vəzifələri    Azərbaycan  Respublikasının  Konstitusiyasında  “Dövlət 
hakimiyyəti” və “Yeli özünüidarəetmə” bölmələrində müəyyən edilmişdir. 
Ölkənin  sosial-iqtisadi  inkişafının  regional  idarəedilməsində  qanunvericilik 
funksiyalarını  Milli Məclis və onun müvafiq Komitələri, habelə Naxçıvan MR Ali 
Məclisi və onun müvafiq komissiyaları yerinə yetirir. 
Dövlət 
hakimiyyətinin 
Konstitusion 
bölgüsünə 
görə 
Azərbaycan 
Respublikasının İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə tabedir. 
Ölkənin  və  bütün  regional  strukturların  idarəetməsinin  həyata  keçirilməsində 


18 
 
Respublika  Prezidenti  müəyyənedici  rol  oynayır.  Prezident  ölkə  və  regionların 
sosial-iqtisadi    inkişaf  siyasətini  müəyyən  edir,  bütün  sahələrin  inkişaf 
strategiyasının hazırlanması və həyata keçirilməsinə nəzarət edir. Bununla yanaşı 
sahə və ərazi miqyaslı dövlət strateji plan, məqsədli proqramların tərtibini təmin edir 
və  onu  təsdiq  edir.  Azərbaycan  Respublikasının  Prezidenti  ölkənin  sosial-iqtisadi 
inkişaf  siyasətinə,  sahələrin  və  regionların  inkişaf  strategiyasının  hazırlanmasına 
rəhbərlik edir. 
Regional  idarəetmədə  regional  iqtisadiyyatın  ayrı-ayrı  sahələrin  inkişafının 
əlaqələndirilməsi  və  ərazinin  inkişafında  zəruri  nisbətliyin  formalaşdırması  da 
vacibdir. Dövlət idarəetmə sistemində bu funksiyaların yerinə yetirilməsi regional 
və sahələrarası funksional orqanlarınformalaşması əsasında həyata keçirilir. Bütün 
bu orqanlar və onların bölmələri regional idarəetmədə müxtəlif funksiyalar yerinə 
yetirirlər. 
Regional  idarəetməıdə  yerli  özünüidarəetmə  vıə  yerli  icra  hakimiyyəti 
orqanları  inzibati  ərazi  vahidləri  (rayon,  şəhər,  kənd,  qəsəbə,  ölkə,  vilayət) 
səviyyəsində  idarəetmə  funksiyalarını  yerinə  yetirirlər.  Hər  bir  regionun  yerli 
hakimiyyət    orqanları  nəzdində  müxtəlif  komissiyalar,  şöbələr  və  idarəetmə 
bölmələri formalaşır və fəaliyyət göstərir. 
Regionda fəaliyyət göstərən idarəetmə orqanları öz səlahiyyətləri dairəsində 
qərar qəbul edir, sərəncamlar verməklə öz fəaliyyətlərini həyata keçirirlər. Verilmiş 
bütün  qərar  və  sərəncamlar  yerli  özünüidarəetmə,  icra  hakimiyyəti  orqnlarının 
nəzdində olan bütün müəssisə, təşkilat, aidiyyatı olan hüquqi və fiziki şəxslər üçün 
məcburi xarakter daşıyır. 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin