22
Demokratik dövlət quruculuğu nəzəriyyəsinin banisi olan * qeyd etmişdir ki,
demokratik xalqı idarəedən mərkəzi hakimiyyətin güclü və aktiv olması zəruri
şərtdir. Heç bir halda onu zəiflətmək və yumşaltmaq olmaz. Lakin bu zaman onun
öz gücündən sui istifadə etməsinə yol verməmək lazımdır. Bu baxımdan 15 oktyabr
1985 – ci ildə qəbul olunmuş yerli özünüidarəetmə haqqında Avropa Xartiyası
Avropa dövlətləri ölkələrdə demokratik cəmiyyətin yaradılması prosesinin təmin
edilməsini zəruri hesab edir. Bu sənədə görə yerli özünüidarəetmə orqanları dövlət
hakimiyyəti orqanlarına alternativ baxılmamalı, inkişaf etmiş demokratik və güclü
dövlətin əlaməti kimi baxılmalıdır.
Demokratik dövlətin əsas vəzifəsi vətəndaşların hüquq və azadlıqların
reallaşdırılması üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Bu halda rasional
dövlət quruluşu yaradılması hakimiyyətin idarə edilməsinin elə formasından
ibarətdir ki, bu zaman qarşıya qoyulmuş məsələləri səmərəli şəkildə həll etmək
mümkün olsun. Elə məsələ var ki, bunlar obyektiv olaraq mərkəzləşdirilmiş qaydada
və strateji resurslar cəlb etmək yolu iə yalnız mərkəzi dövlət səviyyəsində həll etmək
mümkündür. Belə məsələlərə dövlətin ərazi bütövlüyünün təmin olunması,
müdafiəsinin təşkil olunması, elm, təhsil, səhiyyə, təhlükəsizlik, və digər
məsələlərin reallaşdırılması aiddir.
Dostları ilə paylaş: