3
➢ Kadrların ixtisasının və peşəkarlığının artırılması
➢ İdarəetmənin təşkili formalarının və idarəetmə metodlarının
təkmilləşməsi
➢ İdarəetmənin səmərəliliyinin artırılması istiqamətində elmi
tədqiqatların aparılması, müvafiq təklif və tövsiyyələrin
hazırlanması
➢ Dövlət və bələdiyyə idarəetmə sistemində baş verən yeniliklərin
öyrənilməsi və tədris prosesində istifadə olunması.
Fənnin məqsədləri
Fənin məqsədləri Azərbaycanın dövlət və yerli özünüidarə sistemində
idarəetmənin təkmilləşdirilməsi istiqamətində elmi cəhətdən əsaslandırılmış təklif
və tövsiyələrin işlənib hazırlanmasından ibarətdir.
- Bələdiyyə idarəçiliyinin formalaşmasının tarixi mərhələlərinin araşdırılması və
elmi-nəzəri əsaslarının tədqiqi;
- Bələdiyyələrdə idarəetmənin
başlıca vəzifələrinin aydınlaşdırılması və təşkili
prinsiplərinin öyrənilməsi;
- Bələdiyyələrdə idarəetmənin təşkilinə dair beynəlxalq təcrübənin tədqiqi və
tətbiqinə dair müvafiq təkliflərin hazırlanması;
- Azərbaycanda yerli özünüidarəetmə sisteminin müasir inkişaf dinamikasının
müqayisəli təhlili və qiymətləndirilməsi;
- Bələdiyyələrin mövcud maliyyə-iqtisadi vəziyyətinin araşdırılması;
- Ölkə bələdiyyələrində təşkilati-idarəetmə strukturunun mövcud vəziyyətinin
tədqiq olunması;
- Bələdiyyələrin maliyyə-iqtisadi əsasların gücləndirilməsi imkanlarının aşkar
edilməsi;
- Bələdiyyələrin təşkilati-idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətləri-
nın müəyyən edilməsi;
- Ölkə bələdiyyələrində strateji planlaşdırmanın tətbiqi ilə idarəetmənin təkmil-
ləşdirilməsi imkanlarının aşkara çıxarılması;
- Ölkə bələdiyyələrində idarəetmənin təkmilləşdirilməsinə dair elmi cəhətdən
əsaslandırılmış təklif və tövsiyələrin işlənib hazırlanması.
Dostları ilə paylaş: