Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə35/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   31   32   33   34   35   36   37   38   ...   152
YourFileName

 
 
 Bələdiyyələrin  yaradılmasının obyektiv zəruriliyi və     qanunauyğunluqları  


27 
 
    Azərbayacan  Respublikası  dövlət  müstəqilliyini  elan  etdikdən  sonra  strateji 
məqsədi  hüquqi  dövlət  və  vətəndaş  cəmiyyəti  qurmaq  idi.  Bu  prinsip  ən  əsas 
qanunvericilik  aktlarında  ,  o  cümlədən  1991-ci  il  oktyabrın  18-  də  qəbul  edilmiş 
Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında ” Konstitusiya Aktinda” 
öz əksini tapmışdır.  
    Demokratikləşmə istiqamətində ölkədə həyata kecirilən ardıcıl islahatlar vətəndaş 
cəmiyyəti  quruculuğunun  mühüm  elementlerindən  olan  yerli  özünüidarəetmənin 
yaradılmasını və inkişaf etdirilməsini zəruri etdi.  
    Demokratik, müstəqil, hüquqi, dünyəvi və unitar dövlət çərçivəsində inkişafetmək 
niyyətində olan Azərbaycanda yerli özünüidarəetmə orqanları olan Bələdiyyələrin 
yaradılması, onların səmərəli fəaliyyətinin təşkili və təşəkkül tapması obyektiv tarixi 
zərurətdən irəli gələn qanunauyğunluqdur. 
    Cəmiyyətin  inkişafı  və  demokratikləşməsi  prosesi  dərinləşdikcə  sosial-iqtisadi 
həyatının  bütün  sahələrində  olduğu  kimi  idarəçilik  sahəsində  də  ciddi  keyfiyyət 
dəyişiklikllərinin    baş  verməsilabüd  idi.  Dövlət  idarəçiliyi  ilə  yanaşı  ,  yerli 
özünüidarəetmə  orqanları  da  fəaliyyət  göstərməlidir.  Bu  prosesin  özü  də 
demokratikləşmənin dəyərli bəhrəsi və ən bariz nümunəsidir. 
    Demokratikləşmə  və  vətəndaşcəmiyyəti  quruculuğu  şəraitində  insan  amili  ön 
plana  çəkilir.  İnsanın  insana  münasibəti,  insanın  dövlətə  münasibəti  keyfiyyətcə 
dəyişir,  yeniləşir.  Müstəqil  insan  öz  dövlətilə  daha  sıx  əlaqəyə  girir,  idarəcilikdə 
daha  fəal    iştirak  etmək  istəyir.  Idarəçiliyi  səmərələşdirmək,  operativləşdirmək, 
xalqa  daha  çoxyaxınlaşdırmaq  barədə  hər  bir  şəxs  təkliflər  verməyə  və  birbaşa 
idarəetmədə iştirak etməyə hüquq qazanır. 
    Demokratik cəhətdən inkişaf etmiş ölkələrin çoxillik təcrübəsi göstərir ki, hər bir 
regionun,  ərazinin  təbii  və  sosial-iqtisadi  potensialından  tam  və  səmərəli  istifadə 
etmək  və  bu  əsasda  əhalinin  maddi  rifahını  yaxşılaşdırmaq  üçün  təkcə    dövlət 
idarəçilik  orqanlarının  mövcud  olması  kifayət  etmir.  Bunun  üçün  yerli 
özünüidarəetmə orqanlarının yaradılması və fəaliyyət göstəriliməsi də çox zəruri və 
faydalıdır.  Çünki  yalnız  özünüidarəetmə  orqanlarının  səmərəli  fəaliyyət 
göstərdikləri  şəraitdə  hər  bir  ərazinin  sosial-iqtisadi  imkanları  tam  araşdırıla  və 


28 
 
onlardan istifadə edilməsi yolları konkret olaraq işlənib hazırlana bilər. Məhz belə 
bir şəraitdə yerlərdə ümumxalq əhəmiyyətli problemlərin həllində hər bir sakin fəal 
iştirak edib, özünün təcrübəsini, bilik və bacarığını reallaşdıra bilər. 
    Xalq o zaman firavan yaşaya bilər ki, hər bir sakin öz potensialından maksimum 
bəhrələnə  bilsin.  Bu  isə  yerli  özünüidarəetmə  orqanlarının  fəaliyyət  göstəriciləri 
şəraitində  tam  mümkün  olur.  Beləliklə  də,  yerli  özünüidarəetmə  orqanları  olan 
bələdiyyələr vasitəsi ilə geniş xalq kütlələri idarəetməyə cəlb edir. Inzibati ərazidə 
yaşayan hər bir sakin özünün yaratdığı ( səsvermə yolu ilə ) yerli hakimiyyət vasitəsi 
ilə özünün yerli problemlərini sərbəst və müstəqil şəkildə həll edə bilir. 
    Müasir qloballaşma dövründə hər bir dövlətin və cəmiyyətin dünyada qəbul 
edilmiş demokratik idarəetməyə ehtiyacı vardır. Ümumilikdə idarəetmə özündə iki 
sistemi birləşdirir:  
•   Dövlət idarəetmə sistemi 
•  Bələdiyyə idarəetmə sistemi 
    Dövlət idarəetməsində dövlət yuxarından aşağıya, yəni vertikal prinsip əsasında 
vətəndaşların ehtiyaclarını öz mərkəzi və yerli icra strukturları vasitəsilə öyrənir və 
onların  təmin  edilməsini  həyata keçirir.  Dövlət  iqtisadi  və  siyasi prizmadan  çıxış 
edərək  konkret  bölgənin,  onun  əhalisinin  problemlərini  öyrənir,  nəticə  mərkəzi 
orqanlarda  müzakirə  edilir,  maliyyə  mənbələri  dəqiqləşdirilir,  icraçılar 
müəyyənləşdirilir. Bu proses uzun müddət tələb edir və nəticə kimi qəbul edilmiş 
qərar adətən gecikir və səmərəsi nisbətən aşağı olar. 
    Vertikal  prinsipdən  fərqli  olaraq  horizontal  idarəetmədə  -  yəni  yerli 
özünüidarəetmə daha cevik və səmərəlki olur. Konkret ərazi hüdudlarında mərkəzi 
idarəetmədən    fərqli  olaraq  yerli  özünüidarəetmə  sistemi  problemi  onun  həlli 
yollarını və maliyyə mənbələrini daha operativ şəkildə müəyyənləşdirir. Beləliklə, 
problemin həlli həm az vaxta, həmdə daha səmərəli həyata keçirilir, yerli əhali ilə 
birlikdə həyata keçirilir və eyni zamanda əhali tərəfindən ictimai nəzarətin həyata 
keçirməsi üçün zəmin yaradılır. 
    Eyni  zamanda  bələdiyyələrin  yaradılması  ilə  respublikamızda  həyata  keçirilən 
islahatlar  arasında  sıx  əlaqə  vardır.  Islahatların  həyata  keçirilməsi  bələdiyyələrin 


29 
 
yaradılması  və  uğurla  fəaliyyət  göstəerməsi  üçün  zəmin  yaradır.  Bələdiyyələrin 
inkişafı və təşəkkül tapması isə islahatların vacibliyini və zəruriliyini təsdiqləyir və 
onların faydasını daha da artırır. 
    Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, inkişafının müasir mərhələsində 
bazar münasibətlərinin  təşəkkül tapdığı, xüsusi mülkiyyət formasının yarandığı bir 
zamanda  özünüidarəetmə  forması  olan  bələdiyyələrin  yaradılması  obyektiv 
qanunauyğunluğundan və tarixi zərurətdən doğur. 
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin