Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri


Dövlət  büdcəsi  xərclərində  sosial  yönümlü  xərclərin  ümumi  çəkisi  27,6



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə41/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   37   38   39   40   41   42   43   44   ...   152
YourFileName

Dövlət  büdcəsi  xərclərində  sosial  yönümlü  xərclərin  ümumi  çəkisi  27,6 
faiz  olmaqla  1,1  faiz  artıb.  Sosial  yönümlü  xərclərin  məbləği  5  milyard  826 
milyon manat təşkil edir. 
Elm sahəsinin xərclərinə bu ilin dövlət büdcəsindən 143 milyon manat vəsait 
ayrılmışdır ki, bu da  büdcəsi xərclərinin 8,1 faizini təşkil edir. 
Təqaüdlərin və sosial  müavinətlərin ödənilməsi üçün 1 milyard 845 milyon 
manat vəsait ayrılıb. Bu, 2014-cü  illə müqayisədə 1,4 faiz çoxdur.  
 
2015-ci  ildə sosial ipoteka üçün 50 milyon manat vəsaitin ayrılması nəzərdə 
tutulmuş, sonradan isə bu vəsaitin bir neçə dəfə artırılması gözlənilir. 
Elm,  təhsil,  səhiyyə,  mədəniyyət,  idman,  sosial  müdafiə  və  sosial  təminat 
sahələri  üzrə  proqram  və  məqsədli  tədbirlərin  maliyyələşdirilməsi  üçün  bu  ilin 
dövlət  büdcəsində  805  milyon  manat  vəsait  nəzərdə  tutulub.  2014-2018-ci  illəri 
əhatə  edən  regionların,  2014-2016-cı  illəri  əhatə  edən  Bakı  şəhəri  və  onun 
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində zəruri 
sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin əsaslı 
vəsait  qoyuluşu  xərclərindən  iri  həcmdə  vəsait  ayrılacaq.  Dövlət  əsaslı  vəsait 
qoyuluşu  investisiya  proqramları  xərclərinə  6  milyard  930  milyon  manat  vəsait 
ayrılması nəzərdə tutulub. 
Dövlət  Büdcənin  32  faizi  investisiya  layihələrinə,  21  faizi  sosial  sahə  üçün 
nəzərdə tutulub. Bir sıra məsələlər var ki, bizi narahat edir. Bunlar əsasən əhalinin 
mənzillə  təmin  edilməsi  və  ipoteka  kreditlərinin  verilməsi  ilə  bağlıdır.  Biz  təklif 
etdik ki, ümumiyyətlə, dövlətin mənzil planı işlənib, hazırlansın, əhalinin mənzillə 
təminatı yalnız Bakıda və mərkəzi şəhərlərdə yox, o cümlədən, rayonlarda da həyata 
keçirilsin.  Bu  məsələ  hazırda  müzakirə  obyektidir.  O  cümlədən,  müəllimlərin  və 
həkimlərin maaşlarının artırılması məsələsi gündəmdədir. Müəllimlərin maaşlarının 
artırılması  ilə  əlaqədar  Maliyyə  Nazirliyinə  məlumat  verilib,  hazırda  bu  məsələ 
razılaşdırılır.  Müəllimlərin  maaşının  onların  iş  əmsalına,  iş  keyfiyyətinə  uyğun 
olaraq, artırılması nəzərdə tutulur.  
Sosial müavinətlərin, ehtiyac miqdarının və yaşayış minimumunun artırılması 
dövlət büdcəsində nəzərdə tutulub.  
 
 
 
 


36 
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin