Bələdiyyə üzvlərinin vəzifə və səlahiyyətləri Bələdiyyə üzvlərinin əsas vəzifəsi seçildiyi bələdiyyə ərazisinin, eləcə də bu ərazidə yaşayan
vətəndaşların problemlərinin öyrənilməsi və qanunvericilik çərçivəsində onların vaxtında
həll edilməsidir. Bələdiyyə üzvləri ərazi sakinlərinin ehtiyaclarını öyrənmək məqsədi ilə
onlarla ünsiyyət yaradırlar. Onlar əhalinin problemlərini müzakirə etmək üçün ayda azı bir
dəfə iclas keçirir və hansı problemlərin ilk növbədə həll olunacağını səs çoxluğu ilə qərara
alırlar. Qanuna görə 6 ayda bir dəfədən az olmayaraq bələdiyyə üzvləri seçicilər qarşısında
hesabat verir. Bələdiyyələr Məhəllə komitələrinin verdiyi rəy, təklif və ya vəsatətlərə bir ay
ərzində cavab verməlidirlər.
Bələdiyyə iclasının səlahiyyətləri aşağıdakılardır:
- yerli vergi və ödənişləri müəyyən etmək;
- yerli sosial müdafiə və inkişaf proqramlarını qəbul və icra etmək;
- yerli iqtisadi proqramları qəbul və icra etmək;
38
- yerli ekoloji proqramları qəbul və icra etmək;
- yerli mədəni proqramları qəbul və icra etmək;