54
- kimsəsizlərə,
xəstələrə, qocalara,maddi imkansızlara, valideyn
himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara əlavə yardım,
- fiziki tərbiyyə və idmanın inkişafına yardım güstərilməsi,
- əhalinin məşğulluğuna, adamların peşələri üzrə işlə təmin olunmasına
köməkliyin güstərilməsi,
- gənclərin sosial hüquqi müdafiəsi məsələləri,
- ailə-kəndli təsərrüfatının inkişafına müvafiq köməkliyin göstərilməsi və s.
Yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq
mövcud qəbristanlıqlqrın qorunması ,abadlaşdırılması,yeni qəbristanlıq
sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş
tikililərin təmiri və yenilərinin inşası, mərasim xidmətlərinin , o cümlədən
bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan
mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə
tutulmalıdır.
Yerli sosial müdafiə və sosial inkişaf proqramlarını həyata keçirərkən
bələdiyyələr dövlət orqanlarının bu məsələlərlə bağlı müvafiq proqramlarının
həyata keçirilməsinə müdaxilə edə bilməzlər.
Dostları ilə paylaş: