ictimai qruplar, ailəlr arası müqavilələrin məhsuludur. Dövlət
ailələrin, qəbilələrin yaranması dövründə (b.e.ə. V-IV əsrlərdən
başlayaraq) hamıya, hər ailəyə və hər kəsə himayədarlıq etmək,
tələbatın ödənilməsinə, azadlığın qorunmasına yardımcı olmaq üçün
yaranmış xüsusi təşkilatdır. ▪ Dövlət zorakılıq vasitəsı kimi. Bu nəzəriyyə öz başlanğıcını quldarlıq
qurluşundan götürmüşdür. Bu nəzəriyyənin baniləri Makiavelli və
hobbsın fikirlərinı görə İnsanlar cəmiyyətdə öz şəxsi mənafe və
maraqlarının ödənilməsinə can ataraq baçqa insanların mənafeyini
tapdalayır, onlara zülm edir, fiziki və mənəvi zərər verir. Bu
vəziyyətdən qurtarmaq, cəmiyyətdə siniflərin, insan qruplarının
mənafeyində və münasibətlərində müvazinəti təmin etmək üçün
insanlara qarşı zorakılıq etmık zərurəti yaranır. Məhz bu zorakılıq
funksiyasını dövlət yerinə yetirir.