64
ərazisində yaşayış fondlan, kommunal-iaşə xidməti, təhsil, sağlamlığın qorunması
kimi rekreasiya mühiti yaradan məcmu işçilərin (insanlann) təkrar istehsalında
iştirak edir. Bələdiyyə mülkiyyəti ərazinin həm təbii mühiti, həm də insanların
məskunlaşma.mühiti-kimi təkrar istehsalını təmin edir.
Bələdiyyə mülkiyyətinin iqtisadi funksiyası sənaye infrastrukturunun təşkilinə
və ərazi iqtisadiyyatının optimal strukturunun formalaşmasına imkan verir.
Təkrar istehsal funksiyası çərçivəsində bələdiyyə mülkiyyəti iqtisadi həyatın
liberallaşması və koordinasiyasına, bazar münasibətləri və rəqabətin inkişafına şərait
yaratmaqla, bazar iştirakçılarının davranışını da optimallaşdırır.
Dostları ilə paylaş: