68
aşağıdakılardan ibarətdir:
-
bələdiyyə müəssisələri gəlirsiz
fəaliyyət göstərə bilər;
-
onlar əhali üçün maddi nemətlərin istehsalı və xidmətlərin göstərilməsi
prosesini müəyyən nisbətdə tənzimləyə bilər.
Qeyd etdiyimiz bütün bu xüsusiyyətlər bələdiyyə mülkiyyətinə ictimai səciyyə bəxş
edir. Bələdiyyə mülkiyyəti obyektlərinin çoxsəviyyəli və mürəkkəb xarakteri ilə
bərabər, onun subyekti də müəyyən mürəkkəbliyə malikdir.
Bələdiyyə mülkiyyətinin ilkin subyekti bələdiyyə əhalisidir. Məhz birinci
səviyyədə mülkiyyət subyekti (mülkİ
3^ətçi) kimi bələdiyyə əhalisi çıxış edir.
Vətəndaşların (bələdiyyə əhalisinin) bu hüququ daha çox deklarativ xarakter daşıyır.
Belə ki, bələdiyyə əhalisi bələdiyyə mülkiyyətinin bilavasitə sahibi sayılsa da,
mülkiyyətdən istifadə və onun barəsində sərbəst sərəncamvermə kimi hüquqlan
onlann seçdiyi, nümayəndəli təşkilat olan bələdiyyə orqanı vasitəsilə reallaşdınlır.
Deməli, bələdiyyə mülkiyyəti ilə əlaqədar real mülkiyyət hüququnu yerli əhali
(bələdİ
37ə əhalisi) deyil, məhz bu əhalinin təşkil etdiyi bələdiyyə orqam və
bələdiyyənin seçkili vəzifəli şəxsləri daşıyırlar. Bu isə, bir qayda olaraq bələdiyyə
orqanına mülkiyyətin ikincidərəcəli subyekti statusunu verir. Yerli özünüidarə or-
qanlanmn bələdiyyə mülkiyyətinin subyekti kimi çıxış etməsi müvafiq
qanunvericiliklə normativ təsdiqə malikdir. Məsələn, Azərbaycan Respublikası
Konstitusiyasımn 144-cü maddəsinin 6-cı bəndində bələdiyyə mülkiyyətinə
sahiblik, ondan istifadə və onun barəsində sərəncamvermə bələdiyyələrin müstəsna
səlahiyyəti kimi təsbit olunur. Eyni - zamanda, '«Bələdiyyələrin statusu haqqmda»
Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində göstərilir ki, bələdiyyə öz
əmlakına dair mülkiyyətçi hüququna malikdir, yəni sərbəst olaraq əmlakına sahiblik
edir, ondan isifadə edir və ona sərəncam verir.
Bələdiyyə mülkiyyətinin digər mülkiyyət formalan arasında olan
bərabərhüquqluluğu və sərbəst rəqabətliliyi baxımından müstəqil xarakter
daşımasına baxmayaraq, bu mülkiyyət forması iki əks qütb xüsusi və ictimai
arasmda formalaşır. Bu isə, bələdiyyə mülkiyyətinin obyekt və subyekt yönümdən
təhlili zamam onun plüralist xarakter daşıdığım söyləməyə əsas verir. Çünki